İttifaq üzvləri Nar Festivalında iştirak edib

İttifaq üzvləri Nar Festivalında iştirak edib

Göyçay rayonunda 15-ci Nar Festivalı keçirilib. Tədbirdə ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə rayonun 110 №-li tam orta məktəbinin ittifaq üzvləri də iştirak ediblər. Bayram şənliyində sərgilər, kompozisiyalar, folklor nümunələri nümayiş etdirilib. Rayonun 25-dən artıq kəndində narçılıqla məşğul olan insanların yetişdirdiyi məhsullardan hazırlanmış məhsulların sərgisinə baxış keçirilib. Festivalda həmçinin məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş olunub, göyçaylı qadınlar ifasında folklor nümunələri səsləndirilib.WhatsApp Image 2023-11-13 at 15.25.31.jpeg 343.4 KBWhatsApp Image 2023-11-13 at 15.25.54.jpeg 280.42 KBWhatsApp Image 2023-11-13 at 15.26.13.jpeg 166.84 KB

14.11.2023

Qaradağ rayonundan olan şəhid ailələri Masallıda dincəliblər

Qaradağ rayonundan olan şəhid ailələri Masallıda dincəliblər

ATİAHİ Qaradağ rayon komitəsi tərəfindən təhsil müəssisələrində çalışan şəhid ailələri üzvlərinin və müharibə iştirakçılarının bir qrupunun Masallı rayonunda istirahəti təşkil olunub.Masallı rayonuna gələn qonaqlar buradakı Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarlarına güllər düzüblər. Onlar həmçinin rayon rəhbərliyi ilə görüşüb səmimi söhbət ediblər.Sonra iştirakçılar istirahət mərkəzinə yerləşdirilib. Burada onlar səmərəli və mənalı vaxt keçirib, təbiət qoynunda dincəliblər.WhatsApp Image 2023-11-13 at 15.22.30.jpeg 88.48 KBWhatsApp Image 2023-11-13 at 15.20.23.jpeg 208.61 KBWhatsApp Image 2023-11-13 at 15.19.55.jpeg 115.48 KB

14.11.2023

İttifaq üzvlərinin asudə vaxtının səmərəli təşkili diqqət mərkəzindədir

İttifaq üzvlərinin asudə vaxtının səmərəli təşkili diqqət mərkəzindədir

Zəfər Günü ərəfəsində Gənc Tamaşaçılar Teatrında “Yarımçıq qalmış arzular!” adlı tamaşa oynanılıb.ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə 300 nəfər ittifaq üzvü tamaşaya baxıblar.WhatsApp Image 2023-11-07 at 13.52.38.jpeg 78 KB

13.11.2023

Qaradağda ittifaq üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər

Qaradağda ittifaq üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər

ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə ittifaq üzvləri və məktəblilər 8 Noyabr - Zəfər Günü Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.Şəhid məzarlarının üzərinə güllər düzülüb, əziz xatirələri dərin ehtiramla yad edilib.Ziyarət zamanı şagirdlərə Ermənistanın təcavüzkar siyasəti, dövlət səviyyəsində dəstəklənən terror aktları, soyqırımları haqqında məlumat verilib, 44 günlük Vətən müharibəsində Azərbaycanın əsgər və zabitlərinin keçdiyi şanlı döyüş yolundan danışılıb.WhatsApp Image 2023-11-07 at 10.31.19.jpeg 208.95 KBWhatsApp Image 2023-11-07 at 11.44.41.jpeg 160.11 KBWhatsApp Image 2023-11-07 at 10.31.20.jpeg 128.01 KBWhatsApp Image 2023-11-07 at 10.31.19 (1).jpeg 168.88 KB

13.11.2023

Qaradağda “Zəfərə gedən yol” mövzusunda tədbir keçirilib

Qaradağda “Zəfərə gedən yol” mövzusunda tədbir keçirilib

ATİAHİ Qaradağ rayon komitəsi 8 Noyabr - Zəfər Günü münasibətilə rayonun təhsil müəssisələrində çalışan şəhid ailələri və müharibə veteranlarının iştirakı ilə tədbir keçirib. “Zəfərə gedən yol!” mövzusunda təşkil olunan tədbirdə Milli Məclisin deputatı Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılova iştirak ediblər. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb. Həmçinin şagirdlər tərəfindən Zəfər Gününə həsr edilmiş flash-mob nümayiş olunub.Çıxış edənlər, o cümlədən müharibə iştirakçıları Qələbəyə gedən yoldan, bu istiqamətdə Prezident İlham Əliyevin məqsədyönlü və planlı siyasətindən, Ordumuzun rəşadətindən, xalqımızın möhkəm və sarsılmaz birliyindən, bu ilin sntyabrın 19-da keçirilən uğurlu antiterror tədbirlərindən danışıblar. Fəxarətlə qeyd olunub ki, bu gün müqəddəs bayrağımız Hadrutda, Şuşada, Xankəndidə, Ağdərədə, Xocavənddə, Xocalıda əzəmətlə dalğalanır.Sonda Qaradağ rayon komitəsi tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına pul mükafatı və Masallı rayonunda yerləşən “Viləş” istirahət mərkəzində dincəlmək üçün iki günlük yollayış verilib.WhatsApp Image 2023-11-07 at 14.25.23.jpeg 469.43 KB

13.11.2023

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ildə keçirilməsi nəzərdə tutulan hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədi ilə zona seminarlarının keçirilməsinə başlayıb. İlk belə tədbir Quba rayonunda təşkil edilib. ATİAHİ Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı və Qubadlı rayon komitələrinin sədrlərinin iştirak etdiyi seminarda ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edib. Şöbə müdiri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin müvafiq qərarı ilə AHİK-in üzv təşkilatların bütün vəsilələrində 2024-cü il müddətində hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur. E.Rüstəmov bildirib ki, is­tər əha­tə dai­rə­si­nə, is­tər­sə­ də bu sa­hə­də ça­lı­şan insanların  sa­yı­na gö­rə təhsil Azər­bay­can­da ən bö­yük so­si­al ins­ti­tut­lar­dan bi­ri­ni təş­kil edir. ATİAHİ 5785 həmkarlar ittifaqı təşkilatını və 403484 həmkarlar ittifaqı üzvünü özündə birləşdirir: “2024-cü ildə keçiriləcək hesabat-seçkilər ATİAHİ-nin fəaliyyətində mühüm hadisələrdən biridir. Hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin bu illər ərzində gördüyü işlərlə bağlı hesabatı əhatəli olmalı, əldə olunmuş nailiyyətlər, çatışmazlıqlar qeyd olunmalıdır. Eyni zamanda həmkarlar ittifaqlarında həmrəyliyi təmin etmək, işçilərin sosial-iqtisadi mənafeyinin kollektiv müdafiəçisi olan həmkarlar ittifaqlarının maliyyə cəhətdən möhkəmləndirmək, onun rolunu bir daha artırmaq üçün qarşıdan gələn hesabat-seçki kampaniyasının imkanlarından maksimum istifadə edilməlidir. Hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır”. E.Rüstəmov qeyd edib ki, həmkarlar ittifaqı təşkilatlarının kadrlarla möhkəmləndirilməsi, ehtiyat kadrların hazırlanması və irəli çəkilməsi üzrə tədbirlər görülməlidir. Müəssisədə kollektiv arasında nüfuzu olan layiqli şəxslərin seçilməsi üçün şərait yaradılmalıdır: “Heç kimə sirr deyil ki, həmkarlar təşkilatlarının gücü ilk təşkilatlardadır. Bu baxımdan bizim qarşımızda duran mühüm vəzifələrdən biri ilk təşkilatların gücləndirilməsi və nüfuzunun artırılmasıdır. İlk təşkilatların güclü olması üçün isə başlıca şərt təşkilata layiqli və şəxsin rəhbərlik etməsidir. İttifaq üzvləri öz sərbəst seçiminizi etməli və təşkilatınızı daha da qabağa aparmağı bacaracaq bir şəxsi həmkarlar təşkilatına sədr seçilməsinə çalışmalıdır. Həmçinin təşkilatların seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyi təmin edilməli, ölkəmizdə həyata keçirilən gəncləşmə siyasətinin həmkarlar ittifaqı təşkilatlarında da uğurla davam etdirilməsinə şərait yaradılmalıdır. İclaslar zamanı səsləndirilmiş tənqidi qeydlər ümumiləşdirilərək yuxarı həmkarlar ittifaqı təşkilatına təqdim edilməlidir. İnanırıq ki, üzv təşkilatlarda keçiriləcək hesabat-seçki yığıncaqları nöqsansız şəkildə təşkil ediləcək, bu seçkilər təşkilatımızın, ümumilikdə həmkarlar ittifaqı hərəkatının həyatında yeni inkişaf mərhələsinin başlanğıcı olacaqdır”.Sonra seminar diskussiya şəklində davam etdirilmiş, rayon komitəsi sədrləri qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmış, suallar cavablandırılmışdır.  

25.10.2023

Qaradağda “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda konfrans keçirilib

Qaradağda “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda konfrans keçirilib

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda konfrans keçirilib.Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Qafar Əliyev, məktəb direktorları, müəllimlər və uşaq bağçasının işçiləri iştirak ediblər.Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi hörmətlə yad edilib.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov çıxış edərək bayram münasibətilə müəllimləri təbrik edib və onlara əmək fəaliyyətlərində uğurlar arzulayıb.Deputat Səbinə Xasayeva gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə almasında, müasir elmi biliklərə yiyələnməsində, onların cəmiyyətimiz və dövlətimiz üçün faydalı, sağlam əhval-ruhiyyədə yetişməsində müəllimlərin fədakar əməyindən danışıb.YAP Qaradağ rayon təşkilatının sədri Q.Əliyev isə çıxışında əsasən Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda müəllim əməyinə, şəxsiyyətinə verdiyi yüksək qiymətdən bəhs edib.Tədbirdə V.Əsədov adına körpələr evi-uşaq bağçasının uşaqlarının ifasında müəllimlərə həsr olunmuş şeirlər səslənib. Çıxış edən müəllimlər onlara göstərilən diqqət və qayğıya görə, təşkilatçılara minnətdarlıq ediblər. Sonda təhsildə və rayonun ictimai-siyasi həyatında fərqlənən müəllimlərə Qaradağ Rayon İcra Hakimiyyətinin və ATİAHİ Qaradağ rayon komitəsinin fəxri fərmanı və qiymətli hədiyyələr təqdim olunub.Həmçinin rayonun ictima-siyasi həyatında, təhsil sahəsində və həmkarlar ittifaqı hərəkatında fərqləndiyinə görə, ATİAHİ Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva rayon İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif olunub.DSC_6921.JPG 6.12 MBDSC_6964.JPG 8.17 MBDSC_6941.JPG 6.16 MBDSC_6936.JPG 6.85 MBWhatsApp Image 2023-10-05 at 14.10.53.jpeg 150.64 KB

06.10.2023

Qaradağda şəhidlərimiz anılıb

Qaradağda şəhidlərimiz anılıb

ATİAHİ Qaradağ rayon komitəsi Anım Günü ilə əlaqədar tədbir keçirib. Tədbirdə rayonun fəal ittifaq üzvləri iştirak ediblər.Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Çıxış edən rayon komitəsinin sədri Z.Rzayeva bildirib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər isə qürur mənbəyimizdir: “Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endiriblər. Azərbaycan Ordusunun qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri törətməsi xalqımızın qələbə əzmini sarsıda bilmədi. Məhz Ordumuzun gücü, xalqımızın iradəsi və müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində parlaq Zəfərə qovuşduq”.Tədbirdə digər çıxışlar da dinlənilib, əsgər və zabitlərimizin döyüş yolundan danışılıb.WhatsApp Image 2023-09-27 at 11.39.01.jpeg 198.69 KB

02.10.2023

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, həmçinin quruma üzv təşkilatların rəhbərləri və əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.Həmkarlar ittifaqlarının nümayəndələri parkın girişində xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.3-16.jpg 153.8 KB1-21.jpg 219.72 KB2-11.jpg 264.06 KB

27.09.2023

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) Şəki şəhəri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayon komitələri ilə 2023-2025-ci illər üzrə Kollektiv Müqavilə imzalanıb.Müqaviləyə Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və komitə sədrləri imza atıblar. Mərasimdə çıxış edən Bəhruz Mehdiyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirib, işlərində uğurlar arzulayıb.Tədbirdə Kollektiv Müqavilənin müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində Kollektiv Müqavilənin əhəmiyyəti vurğulanıb.

26.09.2023

AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib

AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib

Sentyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Təhsil” istirahət mərkəzinin konfrans zalında təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Konfederasiyanın əməkdaşları, ölkəmizin ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.İştirakçıları salamlayan AHİK sədri Səttar Möhbalıyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlətimizin gənclər siyasətindən danışıb, onun həm sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, həm də müasir müstəqil Azərbaycanın Prezidenti olarkən gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib: “Heydər Əliyev Azərbaycan dövlətini yaratdı və bu gün siz gənclər həmin dövlətin xoşbəxt vətəndaşlarısınız. Ulu Öndər bu dövləti Sizin üçün qurdu, bu yolda bütün mənalı ömrünü xərclədi və yalnız xalqı, Vətəni, banisi olduğu dövləti üçün yaşadı. Heydər Əliyev sovet Azərbaycanın rəhbərliyinə gələrkən ölkəmiz ittifaq səviyyəsində geri qalan respublikalardan biri idi. Onun müdrik rəhbərliyi Azərbaycanın böyük sosial-iqtisadi inkişafına yol açdı, respublikamız iri sənaye ölkəsinə çevrildi”.“Gənclərimiz də hər zaman Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunmuşdu. Biz həmin vaxtın gəncləri olaraq bunu öz həyatımızda hiss edirdik. O çalışırdı ki, azərbaycanlı gənclər elmli olsun, müasir biliklərə yiyələnsinlər. Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Qarabağda Pedaqoji İnstitut Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə yaradıldı. Şəxsən onun təşəbbüsü ilə SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa ali məktəblərində oxumağa göndərilən tələbələrin sayı hər il artırdı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması barədə təşəbbüsü isə onun polad iradəsini bir daha göstərdi”, – Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, müdrik xalqımız Heydər Əliyevin qurucu, yaradıcı, təşəbbüskar ruhuna, Vətəninə olan sonsuz məhəbbətinə, qətiyyətli, qorxmaz iradəsinə ötən əsrin 70-ci illərindən yaxşı bələd idi: “Məhz bu səbəbdən idi ki, 90-cı illərin əvvəllərində düşdüyü ağır böhrandan çıxmaq üçün xalqımız Heydər Əliyevi hakimiyyətə gətirdi. Nəticə isə bu gün ortadadır. Bütün sahələrdə dinamik inkişaf edən, regionun lideri, dünyada böyük söz sahibi olan qalib Azərbaycan. Heydər Əliyevin müəyyən etdiyi dövlətimizin Gənclər Siyasəti sağlam ruhlu, sağlam düşüncəli, Vətəninə və dövlətinə sadiq, mənəviyyatca zəngin gənclərin yetişməsinə mühüm zəmin yaradıb”.AHİK sədri vurğulayıb ki, 2003-cü ildən başlayaraq dövlətimizin başçısı cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirib: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu gənclərin istedadının üzə çıxarılması istiqamətində fəal iş aparır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır”.10.jpg 71.67 KB9.jpg 51.6 KB8.jpg 75.94 KB7.jpg 67.62 KB6.jpg 51.11 KB5-2.jpg 68.04 KB4-1.jpg 60.04 KB3-2.jpg 98.65 KB2-2.jpg 136.83 KB1-5.jpg 86.31 KB

08.09.2023

ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

İyunun 6-dan 11-dək Qazaxıstanın Astana şəhərində Təhsil İşçilərininBeynəlxalq Konfransı keçirilib.Konfransda Azərbaycan, Belarus, Rusiya, Qırğızıstan və Tacikistanın təhsil işçiləri iştirak ediblər. Müasir dövrdə təhsilin vəziyyəti, bu sahədə tətbiq olunan yeniliklər, movcud təhsil sistemlərinin yeni çağırışlara uyğunluğu və digər məsələlər tədbirdə müzakirə mövzusu olub.Ölkəmizi konfransda ATİAHİ Xətai rayon komitəsinin sədri Maisə Hacıyeva və Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva təmsil edib. Hər iki iştirakçı tədbirdə çıxış edib, ölkəmizin təhsil sistemindən, bu sahəyə olan dövlətin diqqət və qayğısından, azərbaycanlı gənclərin uğurlu göstəricilərindən danışıblar. Onlar həmçinin aparılan müzakirələrdə fikirlərini bölüşüblər.IMG-20230611-WA0028.jpg 147.97 KBIMG-20230611-WA0026.jpg 133.63 KBIMG-20230611-WA0025.jpg 85.66 KB

21.06.2023

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib. ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı, ATİAHİ Nəsimi rayon komitəsinin ev sahibliyi ilə Bakı şəhəri 266 saylı tam orta məktəbdə təşkil edilən konfrans “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusuna həsr olunub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Nəsimi, Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Pirallahı, Nərimanov rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsi ilə başlanan konfransda Ümummilli lider Heydər Əliyevlə bağlı video çarxın nümayiş etdirilib. Konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, ATİAHİ Nəsimi rayon komitəsinin baş mütəxəssisi Yeganə Rəhimova, 211 №-li tam orta məktəbin müəllimi, ATİAHİ Nəsimi rayon komitəsinin Təftiş Komissiyasının üzvü Afaq Hacıyeva, ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov, ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov və başqaları çıxış edib. Çıxış edənlər Ulu Öndərin Azərbaycanın müstəqilliyinin əldə olunması, qorunub saxlanması, ölkədə bütün sahələrin, o cümlədən həmkarlar ittifaqları sahəsinin inkişafında əvəzsiz xidmətlərindən danışıblar. 

05.06.2023

Qaradağda uşaqlar üçün bayram tədbiri təşkil edilib

Qaradağda uşaqlar üçün bayram tədbiri təşkil edilib

Qaradağ rayonunun “Çiçək” məktəbəqədər təhsil müəssisəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə təhsil müəssisəsinin rəhbərliyi və kollektivi iştirak ediblər. Çıxış edənlər ölkəmizdə uşaqlara olan diqqət və qayğıdan, icra olunan proqramlardan və layihələrdən, onların hərtərəfli dövlətə və Vətənə layiqli övlad kimi yetişməsi üçün yaradılmış şəraitdən danışıblar. Bildirilib ki, bu gün sabahımız, gələcəyimiz dediyimiz uşaqların bayramıdır. Dünyanın ən bahalı daş-qaşı, ən qiymətli sərvəti də bir körpənin göz yaşı önündə duruş gətirə bilməz. Odur ki, hər zaman uşaqları düşünüb onların işıqlı sabahı üçün çalışmalıyıq.Çıxışların ardından uşaqlar şeirlər və musiqilər səsləndirib, rəqs nömrələri nümayiş etdiriblər.Sonda uşaqlara müxtəlif hədiyyələr verilib.WhatsApp Image 2023-06-01 at 12.23.05.jpeg 299.82 KBWhatsApp Image 2023-06-01 at 12.22.31.jpeg 293.85 KB

05.06.2023

Qaradağ rayonunun təhsil işçiləri İsmayıllıda istirahət ediblər

Qaradağ rayonunun təhsil işçiləri İsmayıllıda istirahət ediblər

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Bakının ümumtəhsil müəssisələri arasında keçirilən voleybol yarışında Qaradağ rayonun təhsil işçiləri 3-cü yeri qazanıblar.Bu münasibətlə ATİAHİ Qaradağ rayon komitəsi tərəfindən komandanın üzvlərinin İsmayıllı rayonuna səfəri təşkil edilib.Səfər zamanı iştirakçılar gözəl təbiət mənzərələri ilə göz oxşayan Lahıc kəndinə gedib, tarixi-mədəni abidələrinə baş çəkib, yerli adət-ənənələrlə tanış olublar. Həmçinin onlar üçün süfrə açılıb, ləziz yeməklərə qonaq ediliblər. Bundan başqa, qaliblər Qaradağ rayon komitəsi tərəfindən fəxri fərmanla təltif olunublar.İştirakçılar onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını ifadə edib, təşkilatçılara təşəkkürlərini bildiriblər. WhatsApp Image 2023-05-22 at 09.57.33.jpeg 228.03 KBWhatsApp Image 2023-05-22 at 09.58.22.jpeg 198.14 KB

24.05.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo