Qaradağda “Zəfərə gedən yol” mövzusunda tədbir keçirilib

ATİAHİ Qaradağ rayon komitəsi 8 Noyabr - Zəfər Günü münasibətilə rayonun təhsil müəssisələrində çalışan şəhid ailələri və müharibə veteranlarının iştirakı ilə tədbir keçirib. “Zəfərə gedən yol!” mövzusunda təşkil olunan tədbirdə Milli Məclisin deputatı Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılova iştirak ediblər. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb. Həmçinin şagirdlər tərəfindən Zəfər Gününə həsr edilmiş flash-mob nümayiş olunub.
Çıxış edənlər, o cümlədən müharibə iştirakçıları Qələbəyə gedən yoldan, bu istiqamətdə Prezident İlham Əliyevin məqsədyönlü və planlı siyasətindən, Ordumuzun rəşadətindən, xalqımızın möhkəm və sarsılmaz birliyindən, bu ilin sntyabrın 19-da keçirilən uğurlu antiterror tədbirlərindən danışıblar. Fəxarətlə qeyd olunub ki, bu gün müqəddəs bayrağımız Hadrutda, Şuşada, Xankəndidə, Ağdərədə, Xocavənddə, Xocalıda əzəmətlə dalğalanır.
Sonda Qaradağ rayon komitəsi tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına pul mükafatı və Masallı rayonunda yerləşən “Viləş” istirahət mərkəzində dincəlmək üçün iki günlük yollayış verilib.
WhatsApp Image 2023-11-07 at 14.25.23.jpeg 469.43 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo