Qaradağ rayon, Neftçi Qurban adına 288 №-li tam orta məktəbdə şəhidin anım mərasimi keçirilib

Qaradağ rayon, Neftçi Qurban adına 288 №-li tam orta məktəbdə şəhidin anım mərasimi keçirilib

 Qaradağ rayon Neftçi Qurban adına 288 №-li tam orta məktəbdə Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olmuş kapitan Ceyhun Əhmədxanovun xatirəsinə həsr edilmiş tədbir keçirilib.Tədbirdə şəhidin ailə üzvləri və yaxınları, iş yoldaşları, məktəbin kollektivi iştirak ediblər.ATİAHİ Qaradağ rayon komitəsinin sədri Z.Rzayeva, məktəbin ditektoru T.Quliyev və müəllimlər çıxış edərək ölkəmizdə şəhidlərə olan ali münasibətdən, onların ailə üzvlərinə dövlətimizin diqqət və qayğısından danışıblar. Şəhidin iş yoldaşları Ceyhunun intizamlı xidmətindən, Vətənə, dövlətə sədaqətindən, nümunəvi davranışlarından söz açıblar.Tədbirdə məktəbin şağirdləri ədəbi-bədii kompozisiya ilə çıxışları  ediblər.Şəhidin anası, məktəbin ibtidai sinif müəllimi Rəqiybə xanım şəhidlərimizə, o cümlədən onun oğluna göstərilən münasibətə görə, bütün iştirakçılara, eləcə də təşkilatçılara təşəkkür edib. WhatsApp Image 2022-11-29 at 15.23.47.jpeg 59.34 KBWhatsApp Image 2022-11-29 at 15.24.15.jpeg 216.94 KBWhatsApp Image 2022-11-29 at 15.25.00.jpeg 291.01 KBWhatsApp Image 2022-11-29 at 16.14.03.jpeg 267.53 KB

30.11.2022

AHİK sədri Səttar Möhbalıyev BHİK-nın vitse-prezidenti seçilib

AHİK sədri Səttar Möhbalıyev BHİK-nın vitse-prezidenti seçilib

17-22 noyabr 2022-ci il tarixində Avstraliya İttifaqının Melbrun şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) V Dünya Qurultayı keçirilib.Qeyd edək ki, BHİK 2006-cı ildə Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası və Ümumdünya Əmək Konfederasiyasının birləşməsi nəticəsində yaranıb və həmkarlar ittifaqı hərəkatının inkişafına dəstək olan böyük təşkilatdır. Qurum 161 ölkədə 200 milyon işçinin hüquqlarını müdafiə edir və tərkibində 325 milli üzv təşkilatı yer alıb.BHİK-nın əsas missiyası həmkarlar ittifaqları arasında beynəlxalq əməkdaşlıq, qlobal kampaniyalar və dünyəvi institutlarda vəkillik vasitəsilə işçilərin hüquq və maraqlarını təşviq etmək və qorumaqdır.Təşkilatın əsas fəaliyyət istiqamətlərinə həmkarlar ittifaqları və insan hüquqları, iqtisadiyyat, cəmiyyət və layiqli iş yeri, bərabərlik və ayrı-seçkiliyin olmaması, beynəlxalq həmrəylik daxildir.BHİK həmkarlar ittifaqı demokratiyası və müstəqilliyi prinsiplərinə riayət etməklə Baş Şura və İcraiyyə Bürosu tərəfindən 4 ildən bir keçirilən Dünya Qurultayı tərəfindən idarə olunur.Onun regional təşkilatları Asiya və Sakit Okean üzrə Regional Təşkilatı, Afrika üzrə Regional Təşkilatı və Amerika üzrə Regional Təşkilatdır. Bununla yanaşı, BHİK Avropa Həmkarlar İttifaqları Konfederasiyası və Pan Avropa Regional Şurası ilə əməkdaşlıq edir.Təşkilat  Qlobal Birlik Federasiyaları və Həmkarlar İttifaqları Məsləhət Komitəsi (TUAC) ilə əlaqələr saxlayır, Beynəlxalq Əmək Təşkilatı və BMT-nin bir sıra digər ixtisaslaşmış qurumları ilə əməkdaşlıq edir.V Dünya Qurultayı çərçivəsində Avropa Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının Baş katibi Luka Visentini BHİK-in Baş katibi, xanım Akiko Gono (Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası) isə BHİK-in prezidenti seçilib.Dünyanın ən böyük beynəlxalq həmkarlar ittifaqları təşkilatı olan BHİK-nın Qurultayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) geniş tərkibdə nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin rəhbəri AHİK sədri, Azərbaycan Milli Məclisinin deputatı, Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev yenidən BHİK-nın vitse-przidenti vəzifəsinə seçilib. 161 dünya ölkələrinin daxil olduğu və 3 regional təşkilatı olan  BHİK-nın Ümumi Şurasında və İcraiyyə Komitəsində Avropa ölkələrinin həmkarlar ittifaqları təşkilatlarının təmsilçisi kimi məhz AHİK sədrinin vitse-prezident seçilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırmaqla  yanaşı, AHİK-ə üzv təşkilatlar və əməkçilər üçün də qürurvericidir.Yeni seçilən Baş katiblə görüşən S.Möhbalıyev onu təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan həmkarlar ittifaqları BHİK ilə hərtərəfli münasibətə böyük əhəmiyyət verir, təşkilatın üzvləri ilə səmərəli əməkdaşlıq edir.  L.Visentini ilə əvvəlki görüşləri və aparılan fikir mübadilələrini xatırladan S.Möhbalıyev ümidvar olduğunu bildirib ki, BHİK bundan sonra da qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək, milli həmkarlar ittifaqları arasında əlaqələr daha da genişlənəcəkdir. L.Visentini təbrikə görə, S.Möhbalıyevə təşəkkür edib və AHİK-in fəaliyyətini yüksək dəyərləndirib.AHİK sədri Səttar Möhbalıyev həmçinin Yaponiya Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti xanım Tomoko Yoşino ilə də görüşüb. Görüşdə Yaponiya və Azərbaycanın həmkarlar ittifaqları arasında olan münasibətlərdən, təşkil olunan qarşılıqlı səfərlərdən, aparılan fikir mübadilələrinin səmərəli nəticələrindən danışılıb. Azərbaycanın bir qrup həmkarlar ittifaqı fəalının Yaponiyaya səfərini xatırladan S.Möhbalıyev bunun əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Qeyd olunub ki, hər iki tərəf bundan sonra da münasibətlərin dərinləşdirilməsi istiqamətində səylə çalışacaqlar.Avstraliyanın Baş naziri Entoni Albaneze də qurultayda iştirak edərək milli həmkarlar ittifaqlarına qarşıya qoyulan ağır və məsuliyyətli işdə öz məqsədlərinə çatmaları üçün uğurlar arzulayıb. Həmçinin Yeni Zelandiya hökumətinin başçısı Casinda Ardern qurultayda video müraciətlə cıxış edib.0d21e020-13ad-4da9-9c2b-01b6db7bb7e3.jpg 142.67 KB1234.jpg 519.45 KB

23.11.2022

Qaradağda şəhid ailələrinin istirahəti və sağlamlığının qorunması diqqət mərkəzindədir

Qaradağda şəhid ailələrinin istirahəti və sağlamlığının qorunması diqqət mərkəzindədir

ATİAHİ Qaradağ rayon komitəsi təhsil müəssisələrində çalışan şəhid ailələri və müharibə iştirakçılarının asudə vaxtlarının səmərəli təşkili ilə əlaqədar müəyyən işlər görür. Belə ki, 7-8 noyabr tarixdə rayon təhsil müəssisələrində çalışan bir qrup şəhid ailəsi və veteranın “El Faro” istirahət mərkəzində istirahətləri təşkil olunub.Onlar üçün proqramlar təşkil olunub, süfrələr açılıb, fotolor çəkdirilib. WhatsApp Image 2022-11-11 at 08.41.58.jpeg 145.55 KBWhatsApp Image 2022-11-11 at 08.42.47.jpeg 177.11 KBWhatsApp Image 2022-11-11 at 08.42.24.jpeg 112.45 KB

14.11.2022

ATİAHİ Qaradağ rayon komitəsinin sədri təltif olunub

ATİAHİ Qaradağ rayon komitəsinin sədri təltif olunub

ATİAHİ Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva Qarabağ Müharibəsi Əlilləri, Veteran və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Vətən Naminə” medalı ilə təltif olunub.O, hərbi vətənpərvərlik tədbirlərinin təşkilində göstərdiyi fəallığa və təşəbbüskarlığa, təhsil müəssisələrində çalışan müharibə statuslu insanlara göstərdiyi qayğıya və 44 günlük müharibədə cəbhə bölgələrinə yardımların təşkilinə görə mükafatlandırılıb.WhatsApp Image 2022-11-11 at 08.40.47.jpeg 127.14 KBWhatsApp Image 2022-11-11 at 08.41.06.jpeg 77.46 KB

14.11.2022

8 noyabr – Zəfər Günü Füzuli rayonundakı “N” saylı hərbi hissədə qeyd olundu

8 noyabr – Zəfər Günü Füzuli rayonundakı “N” saylı hərbi hissədə qeyd olundu

8 noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən “N” saylı Hərbi Hissədə bayram tədbiri təşkil edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək hərbi hissənin şəxsi heyətini AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin adından təbrik edib. Bildirib ki, Azərbaycan güclü və yüksək əhval ruhiyyəyə malik ordusu olan bir ölkədir. Biz iki il öncə qırx dörd günlük zəfər savaşında bunun bir daha şahidi olduq: “Azərbaycan ordusunun gücünü 2020-ci ilin sentyabr-noyabr aylarında bütün dünya gördü. Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları və silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal olunan torpaqlarımızı işğaldan azad etdi. 44 gün ərzində müzəffər Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi, kapitulyasiyaya uğradı və müvafiq bəyanatın imzalanmasına məcbur edildi. Bu, Azərbaycanın tam və şərtsiz qələbəsinin əyani sübutudur”.M.Cəfərzadə əlavə edib ki, Ordumuzun 44 günlük zəfər yürüşü tək torpaqlarımızın azad edilməsi ilə tarixə düşmədi. Həm də dünyanın hərb tarixində xüsusi vurğulanacaq, dünyada müasir müharibələrin aparılması strategiyasında ciddi dəyişikliklərə səbəb olacaq uğurlu döyüş əməliyyatları kimi yadda qalacaq: “Azərbaycan ordusu ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Eyni zamanda döyüş meydanı ilə yanaşı diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana çoxsaylı diplomatik və siyasi təzyiqlər göstərildi. Öz siyasətini xalqın maraqları əsasında quran möhtərəm Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi”.ATİAHİ Respublika Komitəsi sədrinin müavini qeyd edib ki, Azərbaycan Ordusu hər an torpaqlarımızın müdafiəsinə hazırdır. Öz növbəsində “N” saylı hərbi hissənin rəhbərliyi göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevə, eləcə də ATİAHİ Respublika Komitəsinə təşəkkür edib. Sonra tədbir Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin konsert proqramı ilə davam etdirilib. Tədbirdə II Qarabağ müharibəsində iştirak edən, Füzuli rayonunun təhsil müəssisələrində çalışan bir qrup müharibə veteranına Fəxri Fərman və qiymətli hədiyyə, o cümlədən “N” saylı hərbi hissəyə 4 ədəd televizor hədiyyə olunub. IMG_9040.JPG 2.8 MBIMG_9041.JPG 3.84 MBIMG_9058.JPG 1.39 MB

10.11.2022

Qaradağ rayonunda Zəfər və Dövlət Bayrağı günləri qeyd olunub

Qaradağ rayonunda Zəfər və Dövlət Bayrağı günləri qeyd olunub

Qaradağ rayonu F.Rəfiyev adına 166 №-li məktəb-liseydə 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə müharibə iştirakçıları, qazilər, şəhid ailələri, məktəbin rəhbərliyi və kollektivi iştirak ediblər. Çıxış edənlər 44 günlük Vətən müharibəsindən, Azərbaycanın əsgər və zabitlərinin şücaətindən, əsgər analarının dəyanətindən danışıblar. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası Ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən, Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi.Qeyd olunub ki, bu gün üçrəngli, ay ulduzli bayrağımız Şərqi Zəngəzurda və Qarabağda qürurla dalğalanır.Tədbirdə çıxış edən müharibə iştirakçıları keçdikləri döyüş yolundan, qazanılan möhtəşəm qələbədən danışıblar.   88c63241e5a74f56aaa66e0f58006085.jpg 171.21 KB369c0a3672764c2590b64252c7f44d69.jpg 182.51 KBIMG-20221105-WA0010.jpg 166.47 KBIMG-20221105-WA0009.jpg 173.91 KB

10.11.2022

AHİK şəhid və qazi ailələrinə bayram hədiyyələri göndərib

AHİK şəhid və qazi ailələrinə bayram hədiyyələri göndərib

Vətəndaşların qayğısına qalmaq, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq, həmçinin şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı aillərərə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstəyi göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür.Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər.Hər bir sahədə olduğu kimi, Heydər Əliyev Fondu bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə fərqlənir. Belə ki, Fondun prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün bayram süfrələri təşkil olunur.Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır. Bu yöndə dövlətimizin bütün çağrışlarına adekvat cavab verir, həmçinin öz təşəbbüsləri ilə xeyirxah addımlar atırlar.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci il aprelin 29-da respublikanın 76 şəhər və rayonunda yaşayan 3 900, 2021-ci il martın 17-də 3 900, həmin il mayın 8-də 4 000, bu il martın 16-da 4 065 şəhid ailələri və qazilər, həmçinin aztəminatlı ailələr üçün ərzaqla dolu avtomobil karvanları yola salınıb.Bundan başqa, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına orada yaşayan həmin kateqoriyadan olan ailələrə sovqat göndərilməsi üçün maliyyə vəsaiti ayrılıb. Ümumilikdə bu günə qədər AHİK tərəfindən 15 minə yaxın aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb.Bu nəcib missiyanın davamı olaraq noyabrın 5-də qarşıdan gələn Zəfər Günü ilə əlaqədar AHİK İcraiyyə Komitəsinin qərarı əsasında respublikanın rayonlarında yaşayan 5500 şəhid və qazi ailəsi üçün ərzaq dolu avtomobil karvanı yola salınıb. Bura Naxçıvan Muxtar Respublikasında yaşayan şəhid və qazi ailələri də daxildir. AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.Jurnalistlərə müsahibəsində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, ölkəmizdə Zəfər bayramı ilə əlaqədar həmrəylik yaşanır: “Bütün dövlət orqanları, ictimai təşkilatlar, o cümlədən vətəndaşlarımız şəhid ailələrinin üzvləri ilə, qazilərlə, veteranlarla görüşür, qayğıları ilə maraqlanır, onlara sovqatlar verirlər.Onlar dövlətimizin qayğıları ilə tam əhatə olunub. Demək olar ki, bütün ehtiyacları dövlət tərəfindən hərtərəfli qarşılanır. Bu da hər birimizə məlumdur ki, Azərbaycan öz şəhidlərinə ən ali qiyməti verən nadir ölkələrdəndir.Kimliyindən asılı olmayaraq, hər birimizin müqəddəs borcudur ki, Vətən uğrunda canından keçən oğul və qızlarımızı unutmayaq, onların valideyinlərinə, həyat yoldaşlarına, yadigar qalan övladlarına dəstək olaq”.S.Möhbalıyev qeyd edib ki, həmkarlar ittifaqları şəhid ailələrinə və qazilərə mütəmadi dəstək verir: “Onlara maliyyə yardımı göstərir, şəhid övladlarının bir qisimini himayəyə götürüb, istirahətlərinin mənalı keçirilməsi, sağlamlıqlarının qorunması üçün yollayışlarla təmin edir. Bu gün qarşıdan gələn Zəfər bayramı münasibətilə 4500 şəhid ailəsi və qazilər üçün sovqatlar yola saldıq. Əsas məqsədimiz əziz gündə onları yad etmək, maddi-mənəvi dəstək olmaqdır. Ötən gün biz AHİK tərəfindən övladları himayəyə götürülən şəhidlərimizin ailə üzvlərinin bir qismi ilə görüşdük, qayğıları ilə maqlandıq. Bu, bizim hər birimizin müqəddəs borcudur. Çünki onlar əzizlərini bu Vətən, torpaq yolunda şəhid veriblər”.Milli Məclisin deputatı əlavə edib ki, bu tipli layihələrimizi bundan sonra da davam etdirəcəyik.AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi1-3.jpg 203.96 KB2-3.jpg 205.86 KB3-3.jpg 175.27 KB4-2.jpg 147.22 KB5-3.jpg 206.13 KB

05.11.2022

ATİAHİ Qaradağ rayon komitəsi müharibə iştirakçısının yeni dünyaya gələn övladına hədiyyələr təqdim edib

ATİAHİ Qaradağ rayon komitəsi müharibə iştirakçısının yeni dünyaya gələn övladına hədiyyələr təqdim edib

Bakının Qaradağ rayonunun E.Həsənov adına 139 №-li məktəbinin tarix müəllimi, Vətən müharibəsi iştirakçısı Fuad Məmmədovun oğlan övladı dünyaya gəlib. Bu münasibətlə ATİAHİ Qaradağ rayon komitəsinin əməkdaşları Fuad Məmmədovu təbrik edib, yeni dünyaya gələn oğluna xoşbəxtlik, sağlam həyat, atası kimi Vətənmizə sədaqətli oğul olmasını arzulayıblar.Komitənin əməkdaşları körpə üçün alınmış hədiyyələri atasına təqdim ediblər. F.Məmmədov göstərilən diqqətə görə komitə əməkdaşlarına təşəkkür edib.

02.11.2022

ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edib

ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edib

Oktyabrın 31-də 2021-2022-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi və “Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, ATİAHİ RK-nın sədr müavinləri və şöbə müdirləri, ali təhsil ocaqlarında fəaliyyət göstərən həmkarlar ittifaqlarının sədrləri, tələbələr iştirak ediblər.Öncə Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə çıxış edərək Azərbaycanda həyata keçirilən dövlətimizin gənclər siyasətindən bəhs edib: “Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan dövlətimizin gənclər siyasəti onun müzəffər davamçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu gün uğurla davam etdirilir. Gənclərin potensial imkanlarından bütün sahələrdə səmərəli istifadə edilir. Prezidentin müvafiq sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan edildi. Həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramını, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondunun yaradılmasını, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi və digər addımları xatırlatmaq istərdim”.S.Möhbalıyev qeyd edib ki, həmkarlar ittifaqları tərəfindən dövlətimizin gənclər siyasətinə yüksək dəstək verilir, ATİAHİ RK bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil edir, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı sistemli layihələr həyata keçirir. Onun sözlərinə görə, aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır, Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur:Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan daha 65 ali məktəb tələbəsinə Komitənin adlı təqaüdünün təqdim edilməsi mərasimi başlayıb.Qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ-nin adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə, uğur əldə etmiş 2719 nəfər tələbə bu təqaüddən yararlanıb.Tədbirdə Komitə tərəfindən təşkil edilmiş “Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsinin qalibləri də mükafatlandırılıb.Məlumat üçün bildirək ki, bu müsabiqənin keçirilməsində məqsəd tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizamı, ali təhsil müəssisələri və həmkarlar ittifaqlarının işində fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan fəalların müəyyən edilməsi, onların arasında sağlam rəqabət mühitinin formalaşdırılması, tələbələrin elmə, təhsilə, yaradıcılığa, idmana və ictimai işlərə sövq edilməsidir.Çıxış edən tələbələr ölkəmizdə gənclərlə bağlı həyata keçirilən layihələrdən, bu sahəyə olan dövlət qayğısından, gənclərin bütün sahələrdə, o cümlədən elm-təhsil və idman sahəsində qazandığı nailiyyətlərdən bəhs ediblər. Gənclər həmçinin ölkəmizdə onların inkişafı üçün yaradılmış şəraitdən razılıqlarını bildirib, buna görə də dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Vurğulanıb ki, Azərbaycan həmkarlar ittifaqları gənclərin təhsilə marağının yüksəldilməsi, sağlamlıqlarının qorunması, idmanın təbliği, asudə vaxtlarının səmərəli təşkili istiqamətində mühüm layihələr həyata keçirir. Bütün bunlar ölkə gəncliyinin hərtərəfli inkişafına əhəmiyyətli stimul verir.Sonda tələbələr onlara göstərilən dəstəyə görə, Azərbaycan həmkarlar ittifaqlarına təşəkkür ediblər.1-8.jpg 168.11 KB2-5.jpg 112.06 KB3-5.jpg 109.7 KB4-5.jpg 138.76 KB5-4.jpg 155.77 KB7-3.jpg 180.51 KB8-3.jpg 143.71 KB9-1.jpg 131.24 KB

02.11.2022

Mil-Muğan Regional Təhsil İdarəsində ilk həmkarlar ittifaqı komitəsi təsis edilib

Mil-Muğan Regional Təhsil İdarəsində ilk həmkarlar ittifaqı komitəsi təsis edilib

Mil-Muğan Regional Təhsil İdarəsində ilk həmkarlar ittifaqı komitəsi təsis edilib. Təsis iclasında ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, ATİAHİ Sabirabad rayon komitəsinin sədri Seyidhüseyn Hüseynov və idarə işçiləri iştirak ediblər.Yığıncaqda təhsilin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Nağıyev Fərahim İbrahim oğlu ilk həmkarlar təşkilatının sədri seçilib. ATİAHİ-nin məsul əməkdaşları yeni sədrə müvəffəqiyyətlər arzulayıb, bir sıra təlimatlar veriblər.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin tədbir iştirakçılarına salamlarını çatdıran M.Cəfərzadə ATİAHİ-nin gördüyü işlər, həyata keçirdiyi layihələr, aztəminatlı və şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərdiyi maddi-mənəvi dəstək barədə məlumat verib.Digər çıxış edənlər cəmiyyətimizin həyatında həmkarlar ittifaqlarının rolundan fəaliyyət istiqamətlərindən, həyata keçirdiyi nəcib missiyalardan danışıblar. WhatsApp Image 2022-11-01 at 15.01.49.jpeg 44.21 KBWhatsApp Image 2022-11-01 at 15.01.48.jpeg 60.48 KB

02.11.2022

Qaradağda təhsil işçisi olan şəhid ailələrinin üzvləri üçün tur təşkil edilib

Qaradağda təhsil işçisi olan şəhid ailələrinin üzvləri üçün tur təşkil edilib

 ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə rayonun təhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvləri və müharibə veteranlarının bir qrupu üçün Qəbələ rayonuna gəzinti təşkil olunub. Səfər zamanı öncə rayondakı Şəhidlər xiyabanı ziyarət olunub, məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Sonra müəllimlər rayonun mənzərəli yerlərinə baş çəkib, ərazini seyr edib, fotolar çəkdiriblər. İstrahət mərkəzində yerləşdirilən iştirakçılar üçün süfrə açılıb, yerli mətbəxən ləziz təamlarına qonaq ediliblər. Təhsil işçiləri onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.WhatsApp Image 2022-10-18 at 12.50.55.jpeg 119.67 KBWhatsApp Image 2022-10-18 at 12.53.23.jpeg 110.61 KBWhatsApp Image 2022-10-18 at 12.52.23.jpeg 77.54 KBWhatsApp Image 2022-10-18 at 12.49.36.jpeg 161.03 KBWhatsApp Image 2022-10-18 at 12.49.54.jpeg 185.88 KB

19.10.2022

Qaradağ rayon komitəsinin əməkdaşları şəhid məzarını ziyarət ediblər

Qaradağ rayon komitəsinin əməkdaşları şəhid məzarını ziyarət ediblər

Bəşər tarixində hər bir dövlət, hər bir millət, öz igidləri, şəxsiyyətləri ilə tarixin səhifələrində özünəməxsus iz qoyub. İnsan ömrünü adi bir həyat tərzi kimi yaşaya bilər, heç bir iz qoymadan da dünyadan gedər. Amma elə insanlar var ki, qısa bir ömür yaşayır, lakin unudulmaz əməlləri ilə əbədiyyətə qovuşur. Özündən sonrakı nəsillərə örnək olur, Vətəni, torpağı, milləti bütün insanlara sevdirməyi öyrədir. Bir anda ən böyük qəhrəmana çevrilir, insanlığa örnək olur. Yaşadığı torpağa, el-obaya şərəf gətirir, adı gələndə hamı baş əyir. Belə igidlərdən biri də 30 noyabr 2021-ci il tarixdə Xızıda helikopter qəzasında həlak olmuş Qaradağ rayon sakini, tibb xidməti kapitanı Ceyhun Əhmədxanovdur. ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə Ceyhunun doğum günü münasibətilə onun ikinci Fəxri xiyabanda məzarı ziyarət edilib, məktəblilər Vətənə aid şeirlər səsləndiriblər. Qeyd edək ki, şəhidin anası Rəqiybə Seyidova paytaxtın Neftçi Qurban adına 288 saylı məktəbin ibtidai sinif müəllimidir. R.Seyidova şəhidə və onun ailəsinə göstərilən ehtirama görə, təşkilatçılara minnətdarlıq edib.

19.10.2022

ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

13-14 oktyabr 2022-ci il tarixində Qazaxıstanın Astana şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi, Beynəlxalq Əmək Təşkilatı və Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Təhsil işçilərinin gələcəkdə layiqli işlə təmin edilməsi üçün fundamental əmək hüquqları və beynəlxalq həmkarlar ittifaqları hərəkatının hədəfləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda BƏT-in nümayəndəsi Qoça Aleksandria,  Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti Larri Flanaqan, Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Suzan Flokan, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələrində təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri iştirak edib. Beynəlxalq tədbirdə ATİAHİ Respublika Komitəsi Respublika Komitəsinin katibi, Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Tədbirdə M.Eyvazov “Böhran vaxtı və ondan sonrakı dövrlərdə təhsil sektorunda sosial dialoqun vəziyyəti” mövzusunda təqdimatla çıxış edib.İki gün davam edən konfransda həmçinin beynəlxaq təşkilatların nümayəndələrinin, eləcə də ayrı-ayrı ölkələrin həmkarlar ittifaqı təşkilatlarının nümayəndələrinin məruzələri dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb.   

17.10.2022

Qaradağ rayon məktəbinin hərbi rəhbəri karate üzrə dünya ikincisi olub

Qaradağ rayon məktəbinin hərbi rəhbəri karate üzrə dünya ikincisi olub

Qaradağ rayonunun C.Niftəliyev adına 233 №-li məktəbinin hərbi rəhbəri, Vətən müharibəsinin döyüşçüsü Sədi Namazov Çexiyada karate üzrə 29-cu dünya çempionatında II yerin qalibi olub. ATİAHİ Qaradağ rayon komitəsi bu münasibətlə Səid Namazovu təbrik edir, ona gələcək beynəlxalq və yerli yarışlarda böyük nailiyyətlər arzulayır.WhatsApp Image 2022-10-10 at 10.29.05.jpeg 216.54 KBWhatsApp Image 2022-10-10 at 10.29.43.jpeg 141.64 KBWhatsApp Image 2022-10-10 at 10.30.07.jpeg 217.19 KB

17.10.2022

Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı Bakı şəhərində təşkil edilib

Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı Bakı şəhərində təşkil edilib

Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi”, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının Bakı şəhərində təqdimatı keçirilib.Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rrespublika Komitəsinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində ATİAHİ Respublika Komitəsi sdərinin müavini Mirzə Cəfərzadə, Respublika Komitəsinin katibi, Əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov, Təşkilat Şöbəsinin müdiri Emil Rüstəmov, Bakı şəhəri üzrə rayon komitələrinin, Bakı şəhərində yerləşən qaçqın və məcburi köçkün rayonlarının sədrləri, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri, eləcə də həmkarlar ittifaqı fəalları iştirak ediblər. Tədbirlər Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra kitabların təqdimatı ilə bağlı ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və başqaları çıxış edib.  Qeyd olunub ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bunun göstəricisidir ki, Azərbaycanda bir birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Beləliklə də, ölkənin davamlı sosial-isqtiadi inkişafı təmin edilir. Çıxış edənlər həmçinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının rolundan danışıblar. Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.WhatsApp Image 2022-10-17 at 12.16.44.jpeg 230.11 KBWhatsApp Image 2022-10-17 at 12.16.43.jpeg 283.81 KB

15.10.2022

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo