ATİAHİ Qaradağ rayon komitəsi tərəfindən təhsil müəssisələrində çalışan şəhid ailələri üzvlərinin və müharibə iştirakçılarının bir qrupunun Masallı rayonunda istirahəti təşkil olunub.
Masallı rayonuna gələn qonaqlar buradakı Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarlarına güllər düzüblər. Onlar həmçinin rayon rəhbərliyi ilə görüşüb səmimi söhbət ediblər.
Sonra iştirakçılar istirahət mərkəzinə yerləşdirilib. Burada onlar səmərəli və mənalı vaxt keçirib, təbiət qoynunda dincəliblər.