Qaradağda uşaqlar üçün bayram tədbiri təşkil edilib

Qaradağ rayonunun “Çiçək” məktəbəqədər təhsil müəssisəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.
ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə təhsil müəssisəsinin rəhbərliyi və kollektivi iştirak ediblər. Çıxış edənlər ölkəmizdə uşaqlara olan diqqət və qayğıdan, icra olunan proqramlardan və layihələrdən, onların hərtərəfli dövlətə və Vətənə layiqli övlad kimi yetişməsi üçün yaradılmış şəraitdən danışıblar. Bildirilib ki, bu gün sabahımız, gələcəyimiz dediyimiz uşaqların bayramıdır. Dünyanın ən bahalı daş-qaşı, ən qiymətli sərvəti də bir körpənin göz yaşı önündə duruş gətirə bilməz. Odur ki, hər zaman uşaqları düşünüb onların işıqlı sabahı üçün çalışmalıyıq.
Çıxışların ardından uşaqlar şeirlər və musiqilər səsləndirib, rəqs nömrələri nümayiş etdiriblər.
Sonda uşaqlara müxtəlif hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo