Qaradağdan olan ittifaq üzvləri Qubada dincəliblər

Qaradağdan olan ittifaq üzvləri Qubada dincəliblər

ATİAHİ Qaradağ rayon komitəsi ittifaq üzvlərinin istirahətini və sağlamlıqlarının qorunmasını daim diqqətdə saxlayır.Rayon komitəsi Novruz bayramı günlərində məktəbəqədər təhsil müəssisələri işçiləri və bir qrup müharibə iştirakçılarının Quba rayonunda yerləşən Quba–Şahdağ-Truskavets sanatoriyasında istirahətini təşkil edib.İştirakçılar sanataroyada ziyarətçilərin istirahəti üçün yaradılmış bütün şəraitdən yararlanıblar və razılıqlarını bildiriblər.WhatsApp Image 2024-03-28 at 13.07.49.jpeg 83.41 KBWhatsApp Image 2024-03-28 at 13.07.26.jpeg 133.84 KB

03.04.2024

Qaradağda qadınlar bayramı münasibətilə şənlik təşkil olunub

Qaradağda qadınlar bayramı münasibətilə şənlik təşkil olunub

ATİAHİ Qaradağ rayon komitəsi tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi keçirilib. Tədbirdə rayonun təhsil işçiləri iştirak ediblər.Çıxış edənlər bildirib ki, Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr veriblər. Onlar dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı, döyüş meydanlarında da şücaət göstəriblər. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Şənlikdə həmçinin uşaq bağçaları-körpələr evinin uşaqları şeirlər səsləndirib, rəqs proqramları ilə çıxışlar ediblər. Eləcə də iştirakçılar bayram süfrəsi arxasında konsert proqramı dinləyiblər.WhatsApp Image 2024-03-18 at 13.51.44.jpeg 408.05 KB

27.03.2024

Zümrüd Rzayeva Qaradağ rayon komitəsinin sədri seçilib

Zümrüd Rzayeva Qaradağ rayon komitəsinin sədri seçilib

ATİAHİ Qaradağ rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib.Yığıncaqda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, YAP rayon təşkilatının sədri Qafar Əliyev və ittifaq üzvləri iştirak ediblər. Öncə iştirakçılar rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.Sonra rayon komitəsinin sədri Zümrüd Rzayevanın 2017-2023-cü illər ərzində görülən işlər, həyata keçirilən layihələr barədə hesabatı dinlənilib. Məruzə ətrafında ilk həmkarlar ittifaqı sədrləri də fikirlərini bölüşüb, rəy və təkliflərini səsləndiriblər. Hesabat ittifaq üzvləri tərəfindən müsbət qarşılanıb və qənaətbəxş hesab olunub.Tədbirdə həmçinin komitənin yeni tərkibi formalaşıb, Zümrüd Rzayeva yekdilliklə yenidən rayon komitəsinin sədri seçilib.Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə Zümrüd Rzayevaya gələcək fəaliyyətində uğurlar arzulayıb və bir sıra tövsiyələrini səsləndirib.WhatsApp Image 2024-03-18 at 13.31.50.jpeg 37.49 KBWhatsApp Image 2024-03-18 at 13.32.54.jpeg 34.88 KBWhatsApp Image 2024-03-18 at 13.31.11.jpeg 31.46 KB

27.03.2024

Qaradağda qadın müəllimlərə hədiyyələr verilib

Qaradağda qadın müəllimlərə hədiyyələr verilib

ATİAHİ Qaradağ rayon komitəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə rayonun Heydər Əliyev mərkəzində qabağcıl qadın təhsil işçiləri ilə görüş keçirib.Görüşdə Milli Məclisin deputatları - Səbinə Xasayeva, Aydın Hüseynov, Təhsil sektorunun əməkdaşları və rayonun pedaqoji ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Çıxış edənlər ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın qorunmasında, dövlətimizin və cəmiyyətimizin inkişafında qadınların rolundan, görkəmli qadın şəxsiyyətinin yüksək ləyaqətindən, ağbirçək analarımızın müdrikliyindən danışıblar. Bildirilib ki, Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Tədbirdə həmçinin Azərbaycan qadınının döyüş meydanlarında qəhrəmanlıqlarından, övladlarının vətəin müdafiəsində rəşadətindən söz açılıb, təbriklər səslənib.Sonda 115 qadın təhsil işçisinə rayon komitəsi tərəfindən qiymətli hədiyyələr təqdim edilib. WhatsApp Image 2024-03-19 at 10.45.51 (1).jpeg 250.1 KBWhatsApp Image 2024-03-19 at 10.54.11.jpeg 143.34 KB

27.03.2024

Qaradağ rayonunun gənc ittifaq üzvlərinin asudə vaxtı səmərəli təşkil olunub

Qaradağ rayonunun gənc ittifaq üzvlərinin asudə vaxtı səmərəli təşkil olunub

ATİAHİ Qaradağ rayon komitəsi bu il də 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib.Belə ki, komitə rayon təhsil müəssisələrində çalışan 300 yaxın gənc ittifaq üzvünü Gənc Tamaşaçılar Teatrına dəvət edib.Gənclər teatrda “Balaca kişilər” adlı tamaşaya baxıblar. Teatrdan şən əhval-ruhiyyə və xoş təəssüratlarla ayrılan gənclər onlara göstərilən diqqət və qayğıya görə, təşkilatçılara təşəkkür ediblər.  WhatsApp Image 2024-02-05 at 11.55.47 (1).jpeg 126.26 KBWhatsApp Image 2024-02-05 at 11.56.24 (1).jpeg 147.46 KBWhatsApp Image 2024-02-05 at 12.22.32 (1).jpeg 249.22 KB

12.02.2024

Qaradağda daha iki məktəbin həmkarlar ittifaqına yeni sədrlər seçilib

Qaradağda daha iki məktəbin həmkarlar ittifaqına yeni sədrlər seçilib

ATİAHİ Qaradağ rayon komitəsinə aid 139 və 110 №-li məktəblərdə hesabat-seçki yığıncaqları keçirilib.Hər iki tədbirdə rayon komitəsinin əməkdaşları və məktəblərin ittifaq üzvləri iştirak ediblər.Yığıncaqlarda ilk həmkarlar ittifaqlarının hesabatları dinlənilib, o cümlədən ötən dövr ərzində görülümüş işlər, həyata keçirilmiş layihələr barədə ittifaq üzvlərinə ətraflı məlumat verilib.Həmçinin məktəblərin həmkarlar ittifaqlarına açıq səsvermə yolu ilə yeni sədrlər seçilib.  WhatsApp Image 2024-01-29 at 10.34.29.jpeg 128.58 KBWhatsApp Image 2024-01-29 at 10.34.54.jpeg 120.08 KBWhatsApp Image 2024-01-29 at 10.42.12 (1).jpeg 125.65 KBWhatsApp Image 2024-01-29 at 10.38.14.jpeg 103.68 KB

31.01.2024

Qaradağ rayonunun təhsil işçiləri mükafatlandırılıb

Qaradağ rayonunun təhsil işçiləri mükafatlandırılıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) “Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb.Mərasimdə Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında təşkil olunmuş voleybol yarışında 3-cü yeri qazanmış Qaradağ rayonunun təhsil işçiləri də iştirak ediblər. Onlara hədiyyə kuponu və diplomlar verilib.Qeyd edək ki, ATİAHİ RK ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiada, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarış, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadası və orta ixtisas təhsili müəssisələri arasında 3 idman növü üzrə yarış təşkil edib.WhatsApp Image 2024-01-23 at 22.16.25.jpeg 179.72 KBWhatsApp Image 2024-01-23 at 22.17.55.jpeg 272.24 KB

31.01.2024

Qaradağın uşaq bağçalarında hesabat-seçki yığıncaqlar keçirilib

Qaradağın uşaq bağçalarında hesabat-seçki yığıncaqlar keçirilib

Qaradağ rayonunun uşaq bağçaları-körpələr evlərində ilk həmkarlar ittifaqlarının hesabat-seçki yığıncaqları keçirilib.Yığıncaqlarda ötən dövr ərzində görülmüş işlərdən, həyata keçirilmiş layihələrdən danışılıb, hesabatlar dinlənilib.Seçkilər zamanı namizədlər üçün bərabər imkanlar yaradılıb, seçkilər sərbəst və demokratik mühitdə keçib. Səsvermə ilə formalaşmış yeni tərkiblərdə fəal və təcrübəli ittifaq üzvləri yer alıb.WhatsApp Image 2024-01-11 at 16.29.54.jpeg 309.04 KBWhatsApp Image 2024-01-11 at 16.28.04.jpeg 150.42 KBWhatsApp Image 2024-01-11 at 16.28.40.jpeg 182.12 KBWhatsApp Image 2024-01-12 at 16.00.43 (1).jpeg 206.65 KBWhatsApp Image 2024-01-11 at 16.36.12.jpeg 144.76 KBWhatsApp Image 2024-01-11 at 16.30.12 (1).jpeg 248.38 KBWhatsApp Image 2024-01-17 at 16.37.50.jpeg 104.2 KBWhatsApp Image 2024-01-17 at 16.38.33.jpeg 110.87 KB

18.01.2024

Qaradağ müəllimləri Astarada dincəliblər

Qaradağ müəllimləri Astarada dincəliblər

ATİAHİ Qaradağ rayon komitəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təhsil müəssisələrində bir sıra tədbirlər keçirib, o cümlədən idman və bilik yarışları təşkil edib, Ümummilli Liderin doğum və anım günləri qeyd olunub.Tədbirlər çərçivəsində baş tutmuş məktəb müəllimləri arasında voleybol yarışının qaliblərinin komitə tərəfindən Astara rayonunda istirahəti də təşkil olunub.Bölgənin ən rahat və könül oxşayan istirahət mərkəzində dincələn müəllimlər onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər. İştirakçılar üçün süfrələr açılıb, cənub mətbəxinin ləziz təamlarına qonaq ediliblər.

16.01.2024

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən  idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik”.Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.1-1.jpg 137.44 KB6 (1).jpg 152.75 KB5.jpg 222.23 KB4-1 (1).jpg 174.7 KB3-1.jpg 438.72 KB2-1.jpg 137.67 KB

15.01.2024

Qaradağ rayon komitəsi 110 №-li məktəbə printer hədiyyə edib

Qaradağ rayon komitəsi 110 №-li məktəbə printer hədiyyə edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2022-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qalibləri arasında Qaradağ rayon 110 №-li tam orta məktəb də yer alıb. Bu münasibətlə ATİAHİ Qaradağ rayon komitəsi məktəbin həmkarlar ittifaqına rəngli “HP” markalı printer hədiyyə edib.Məlumat üçün əlavə edək ki, 2022-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar AHİK-in müsabiqə komissiyasına müsabiqədə iştirak etmiş 2150-dən artıq müəssisə, təşkilat, sex və sahədən yalnız 48 ən yaxşı müəssisənin sənədi daxil olub. Həmin 48 qurumun yüksək göstəriciləri müəyyənləşdirilərək İcraiyyə Komitəsinin müzakirəsinə verilib və onlar yekdilliklə qalib elan ediliblər.Qeyd edək ki, “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə AHİK-in təşəbbüsü ilə 2009-cu ildən hər il keçirilir. Müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bu sahəyə cavabdeh olan şəxslərin məsuliyyətinin artırılması, həmçinin işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha diqqətlə yanaşmasına nail olmaqdır. Ötən dövr ərzində müsabiqəyə 22 000-dən çox müəssisə və təşkilat qatılıb, onlardan 530-u qalib elan olunaraq fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.Bundan başqa, Qaradağ rayon komitəsi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə rayonun 228 №-li tam orta məktəbinin ibtidai sinif şagirdlərinə yeni il şənliklərində iştirak etmək üçün biletlər paylayıb.

09.01.2024

Qaradağ rayon komitəsi təhsil müəssisələrində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram şənlikləri təşkil edib

Qaradağ rayon komitəsi təhsil müəssisələrində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram şənlikləri təşkil edib

ATİAHİ Qaradağ rayon komitəsi təhsil müəssisələrində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram şənlikləri təşkil edib.Çıxış edənlər əlamətdar bayramlar münasibətilə iştirakçıları təbrik edib, xoş arzularını çatdırıblar. Bildirilib ki, Həmrəylik Günü milli birliyimizin, həmrəyliyimizin nümayişidir. Bu gün dünyanın bir çox ölkəsində azərbaycanlıların diaspor təşkilatları fəaliyyət göstərir, onların Azərbaycanla əlaqələri daha da möhkəmlənir. Dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən xalqımızın birliyi, həmrəyliyi üçün mühüm işlər görülür.Bayram şənliklərində peşəkar musiqiçilər musiqi nömrələri təqdim edib və müxtəlif əyləncələr təşkil olunub. Şaxta baba və Qar qız tədbirə özünəməxsus rəng qatıb. WhatsApp Image 2023-12-30 at 13.32.13.jpeg 253.71 KBWhatsApp Image 2023-12-30 at 13.43.04.jpeg 245.97 KB

09.01.2024

Qaradağda ittifaq üzvləri arasında voleybol yarışı keçirilib

Qaradağda ittifaq üzvləri arasında voleybol yarışı keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Qaradağ rayonunun təhsil müəssisələri arasında voleybol turniri keçirilib.ATİAHİ Qaradağ rayon komitəsi tərəfindən təşkil olunan yarış gərgin və maraqlı anları ilə tamaşaçıların diqqətini çəkib.Nəticələrə görə I yeri 106 №-li, II yeri 166 №-li, III yeri 110 №-li orta məktəbin ittifaq üzvləri qazanıblar.Qaliblər rayon komitəsi tərəfindən mükafatlandırılıb. WhatsApp Image 2023-12-11 at 14.20.47.jpeg 88.56 KBWhatsApp Image 2023-12-11 at 14.20.14.jpeg 101.02 KBWhatsApp Image 2023-12-11 at 14.20.32.jpeg 93.12 KB

25.12.2023

Qaradağ rayon komitəsi seminar keçirib

Qaradağ rayon komitəsi seminar keçirib

ATİAHİ Qaradağ rayon komitəsində ilk həmkarlar ittifaqı sədrlərinin iştirakı ilə seminar keçirilib.Seminar 2024-cü ildə keçiriləcək hesabat-seçki yığıncaqlarına həsr olunub.İştirakçılara qeyd olunan yığıncaqların keçirilmə qaydası, sənədləşmə prosesi və s. zəruri məsələlər izah edilib.Həmçinin iştirakçıların sualları cavablandırılıb, rəy və təklifləri dinlənilib.

25.12.2023

Qaradağda

Qaradağda "Narkotik bəşəriyyətin bəlasıdır!" mövzusunda tədbir keçirilib

Qaradağ rayonunun 228 №-li tam orta məktəbində şagirdlərin iştirakı ilə "Narkotik bəşəriyyətin bəlasıdır!"  mövzusunda tədbir keçirilib.Qaradağ Rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Yaşar İsayev, polis baş leytenantı Cavid Amanov, polis kapitanı Emin Abbasov və ATİAHİ Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva tədbirdə çıxış edərək ən ağrılı problemə çevrilən “ağ ölüm” adlandırılan narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlar barədə məlumat verib, bu bəlanın gənclərin həyatında yaratdığı problemlər, zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən aparılan qətiyyətli tədbirlərdən danışıblar.Vurğulanıb ki, hər bir yeniyetmə və gəncin inkişafı onun sağlam həyat tərzindən bilavasitə asılıdır. Odur ki, cəmiyyətimizin tərəqqisi, gənclərimizin parlaq gələcəyi üçün bu cür zərərli vərdişlərdən uzaq durmaq mütləqdir.Sonda məktəblilərin sualları cavablandırılıb, fikirləri dinlənilib.WhatsApp Image 2023-12-01 at 14.26.27.jpeg 202.88 KBWhatsApp Image 2023-12-01 at 14.24.13.jpeg 202.8 KBWhatsApp Image 2023-12-01 at 14.31.00.jpeg 277.49 KB

07.12.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo