Gəncə şəhərində AHİK-in 30 illiyi münasibətilə “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda zona konfransı keçirilib

Gəncə şəhərində AHİK-in 30 illiyi münasibətilə “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda zona konfransı keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illik yubileyi ilə əlaqədar silsilə tədbirlərini davam etdirir. ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı ilə növbəti zona konfransını Gəncə şəhərində keçirib. Konfransın mövzusu “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış”  olub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Gəncə, Naftalan şəhər, Kəlbəcər, Xocalı, Goranboy, Ağdam, Bərdə, Tərtər, Ağcabədi, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Ağstafa, Tovuz rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Konfransda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Sonra AHİK-in 30 illik yubileyi ilə əlaqədar hazırlanmış video çarx nümayiş etdirilib. Konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev və həmkarlar ittifaqı fəalları çıxış edərək Azərbaycanda həmkarlar ittifaqı hərəkatının yaranması və keçdiyi tarixi inkişaf yolundan, təşkilatın həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı gördüyü işlərdən danışıblar.  Tədbirin sonunda AHİK-in 30 illik yubileyi ilə əlaqədar həmkarlar ittifaqı fəallarına Fəxri Fərmanlar təqdim olunub.  IMG_9614.JPG 1.27 MB

28.01.2023

AHİK-in 30 illiyi münasibətilə növbəti zona konfransı Sumqayıtda keçirilib

AHİK-in 30 illiyi münasibətilə növbəti zona konfransı Sumqayıtda keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illik yubileyi ilə əlaqədar növbəti zona konfransını Sumqayıt şəhərində keçirib. “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda keçirilən konfransda ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı, Abşeron, Laçın, Füzuli, Qubadlı rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Konfransda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Sonra AHİK-in 30 illik yubileyi ilə əlaqədar hazırlanmış video çarx nümayiş etdirilib. ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmovun moderatorluğu ilə keçirilən konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini M.Cəfərzadə məruzə ilə çıxış edərək Azərbaycanda həmkarlar ittifaqı hərəkatının yaranması və keçdiyi tarixi inkişaf yolundan danışıb. Bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasına daxil olan 6 həmkarlar ittifaqı – Elektrik Stansiyaları və Elektrotexnika, Avtonəqliyyat və Yol Təsərrüfatı, Rabitə, Sahibkarlıq, Aviasiya və İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqları növbədənkənar qurultay çağırmaq təşəbbüsü qaldırdılar və 5 fevral 1993-cü ildə keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi əsasında yenidən ölkə rəhbərliyinə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, ictimai təşkilatların, o cümlədən həmkarlar ittifaqlarının da həyatında köklü dəyişikliklər baş verdi, ictimai proseslərə səlahiyyətləri çərçivəsində müdaxilə etmək imkanları artdı. Ulu Öndərin demokratik yöndə inkişaf edən vətəndaş cəmiyyətinə verdiyi dəyərin əlaməti olaraq 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Bununla da təşkilatın fəaliyyəti genişləndi, nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı, qarşısında ictimai təşkilat kimi sərbəst və müstəqil imkanlar açıldı”.2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə həmkarlar ittifaqlarının qarşısında yeni imkanların açıldığını qeyd edən M.Cəfərzadə bildirib ki, ölkə başçısı hər zaman həmkarlar ittifaqı təşkilatlarının rolunu yüksək qiymətləndirib: “Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bərqərar olan demokratik mühit, insan hüquq və azadlıqlarına ali münasibət, vətəndaş cəmiyyətinin inkişafına göstərilən yüksək dəstək AHİK-in də sərbəst və müstəqil fəaliyyətinə geniş imkanlar açır. Fəxarətlə deyə bilərik ki, Ulu öndərin tövsiyələrinə uyğun olaraq, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli kampaniyalarda iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Həmçinin əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəal iş aparılır”. Sonra konfransda ATİAHİ Quba rayon komitəsinin sədri İradə İsrailova, Sumqayıt şəhər komitəsinin sədri Xudaverdi Əliyev, Abşeron rayon komitəsinin sədri Vahid Əliyev, Şabran rayon komitəsinin sədri Seymur Qədəşov və başqaları çıxış edərək AHİK-in keçdiyi inkişaf yolundan, həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı görülən işlərdən danışıblar.  Tədbirin sonunda AHİK-in 30 illik yubileyi ilə əlaqədar həmkarlar ittifaqı fəallarına Fəxri Fərmanlar təqdim olunub.   IMG_9520.JPG 1.06 MBIMG_9532.JPG 1.55 MBIMG_9535.JPG 1.43 MBIMG_9536.JPG 1.41 MBIMG_9598.JPG 1.46 MB

26.01.2023

AHİK-in 30 illiyi münasibətilə Şəki şəhərində zona konfransı təşkil olunub

AHİK-in 30 illiyi münasibətilə Şəki şəhərində zona konfransı təşkil olunub

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illik yubileyi ilə əlaqədar növbəti zona konfransı Şəki şəhərində təşkil olunub. “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda keçirilən konfransda ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Şəki şəhər İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Anar Məmmədov, ATİAHİ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyevanın moderatorluğu ilə keçirilən konfransda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Sonra ATİAHİ Respublika Komitəsi sədrinin müavini M.Cəfərzadə məruzə ilə çıxış edərək Azərbaycanda həmkarlar ittifaqı hərəkatının yaranması və keçdiyi tarixi inkişaf yolundan danışıb. Bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ictimai-siyasi həyatın bütün sahələrində olduğu kimi, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində də xeyli dəyişiklik baş verib. 1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasına daxil olan 6 həmkarlar ittifaqı – Elektrik Stansiyaları və Elektrotexnika, Avtonəqliyyat və Yol Təsərrüfatı, Rabitə, Sahibkarlıq, Aviasiya və İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqları növbədənkənar qurultay çağırmaq təşəbbüsü qaldırdılar və 5 fevral 1993-cü ildə keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi əsasında yenidən ölkə rəhbərliyinə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, ictimai təşkilatların, o cümlədən həmkarlar ittifaqlarının da həyatında köklü dəyişikliklər baş verdi, ictimai proseslərə səlahiyyətləri çərçivəsində müdaxilə etmək imkanları artdı. Ulu Öndərin demokratik yöndə inkişaf edən vətəndaş cəmiyyətinə verdiyi dəyərin əlaməti olaraq 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Bununla da təşkilatın fəaliyyəti genişləndi, nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı, qarşısında ictimai təşkilat kimi sərbəst və müstəqil imkanlar açıldı”.2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə həmkarlar ittifaqlarının qarşısında yeni imkanların açıldığını qeyd edən M.Cəfərzadə bildirib ki, ölkə başçısı hər zaman həmkarlar ittifaqı təşkilatlarının rolunu yüksək qiymətləndirib: “Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bərqərar olan demokratik mühit, insan hüquq və azadlıqlarına ali münasibət, vətəndaş cəmiyyətinin inkişafına göstərilən yüksək dəstək AHİK-in də sərbəst və müstəqil fəaliyyətinə geniş imkanlar açır. Fəxarətlə deyə bilərik ki, Ulu öndərin tövsiyələrinə uyğun olaraq, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli kampaniyalarda iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Həmçinin əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəal iş aparılır”. Sonra konfransda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Şəki şəhər İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Anar Məmmədov, ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva, ATİAHİ İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov və digərləri çıxış edərək AHİK-in keçdiyi inkişaf yolundan, həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı görülən işlərdən danışıblar.  Tədbirin sonunda AHİK-in 30 illik yubileyi ilə əlaqədar həmkarlar ittifaqı fəallarına Fəxri Fərmanlar təqdim olunub.  IMG_9334.JPG 1.86 MBIMG_9354.JPG 1.95 MBIMG_9322.JPG 2.52 MBIMG_9362.JPG 2.13 MBIMG_9380.JPG 1.87 MBIMG_9391.JPG 1.94 MBIMG_9402.JPG 2.09 MBIMG_9405.JPG 2.06 MBIMG_9431.JPG 2.31 MBIMG_9444.JPG 1.98 MBIMG_9456.JPG 2.16 MBIMG_9505.JPG 2.37 MB

23.01.2023

Qaradağ rayonunun təhsil işçilərinin istirahəti səmərəli təşkil edilib

Qaradağ rayonunun təhsil işçilərinin istirahəti səmərəli təşkil edilib

ATİAHİ Qaradağ rayon komitəsi hər zaman ittifaq üzvlərinin istirahətinin mənalı şəkildə keçirilməsini diqqətdə saxlayır, bu istiqamətdə müxtəlif addımlar atır.Ənənənin davamı olaraq komitə tərəfindən rayonun məktəbəqədər təhsil müəssisələrinin və 7 №-li UGİM-in ittifaq üzvlərinin asudə vaxtı səmərəli təşkil edilib. Belə ki, həmin təhsil işçilərinin Qəbələ rayonuna səfəri baş tutub. Qış turizimi üçün əlverişli olan Qəbələdə ittifaq üzvləri gəzməli-görməli yerlərə aparılıb, yağan qarın fonunda əyləncələr təşkil edilib, fotolar çəkdirilib. Həmçinin onlar üçün məşhur istirahət mərkəzlərindən birində süfrə açılıb, yerli mətbəxin təamlarına qonaq ediliblər.Müəllimlər onların istirahəti üçün yaradılmış şəraitdən razı qaldıqlarını bildirib və bunun üçün təşkilatçılara təşəkkür ediblər.WhatsApp Image 2023-01-11 at 14.11.59.jpeg 229.9 KB

16.01.2023

“AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda zona konfransı keçirilib

“AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda zona konfransı keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illik yubileyi ilə əlaqədar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Lənkəran şəhərində “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda zona konfransı keçirilib. ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, rayon komitəsi sədrlərinin və həmkarlar ittifaqı fəallarının iştirak etdiyi konfrans Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Konfransda ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqı hərəkatının yaranması və keçdiyi tarixi inkişaf yolu ilə bağlı geniş məruzə ilə çıxış edib. Bildirib ki, həmkarlar ittifaqları böyük tarixi yol qət edərək bir sıra sınaqlardan keçib. Zaman-zaman dövrün tələblərinə uyğun davamlı inkişafı təmin etməklə aparılmış islahatlarla, yenilənmiş hüquqi mexanizmlərlə statusunu müəyyən edib və sosial tərəfdaşlığın təminatçısı kimi humanist mövqeyi ilə hər bir cəmiyyətdə böyük nüfuz sahibi olmağı bacarıb. Mövcud olduğu dövrdən bu günə kimi əmək adamlarının, zəhmətkeşlərin hüquqlarının müdafiəçisi funksiyasını əlində əsas tutaraq bu missiyanın uğurlu icrasının təmin olunmasına xidmətlər göstərib. Sovet dövründə həmkarlar ittifaqlarının inkişafında bir sıra uğurların əldə olunduğunu qeyd edən M.Cəfərzadə bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ictimai-siyasi həyatın bütün sahələrində olduğu kimi, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində də xeyli dəyişiklik baş verib: “1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasına daxil olan 6 həmkarlar ittifaqı – Elektrik Stansiyaları və Elektrotexnika, Avtonəqliyyat və Yol Təsərrüfatı, Rabitə, Sahibkarlıq, Aviasiya və İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqları bu qurumun fəaliyyəti ilə razı olmadıqlarını bəyan etdilər və növbədənkənar qurultay çağırmaq təşəbbüsü qaldırdılar. 5 fevral 1993-cü ildə keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi əsasında yenidən ölkə rəhbərliyinə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, ictimai təşkilatların, o cümlədən həmkarlar ittifaqlarının da həyatında köklü dəyişikliklər baş verdi, ictimai proseslərə səlahiyyətləri çərçivəsində müdaxilə etmək imkanları artdı. Ulu Öndərin demokratik yöndə inkişaf edən vətəndaş cəmiyyətinə verdiyi dəyərin əlaməti olaraq 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Bununla da təşkilatın fəaliyyəti genişləndi, nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı, qarşısında ictimai təşkilat kimi sərbəst və müstəqil imkanlar açıldı”.M.Cəfərzadə qeyd edib ki, 2003-cü ildə dövlət başçısı seçilən cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu davam etdirərək ölkəmizin həyatının bütün sahələrində böyük nailiyyətlərə imza atdı. Hər bir Azərbaycan vətəndaşı bunu qısa müddətdə öz həyatında hiss etməyə başladı, o cümlədən həmkarlar ittifaqlarının qarşısında yeni imkanlar açdı: “Möhtərəm Prezidentimiz daim AHİK-in fəaliyyəti ilə maraqlanır, onun qurultaylarına təbrik məktubları göndərir, qiymətli tövsiyələrini verir, həmkarlar ittifaqları xadimlərini və fəallarını dövlət təltifləri ilə mükafatlandırır. Həmçinin insanların iqtisadi və sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirir. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bərqərar olan demokratik mühit, insan hüquq və azadlıqlarına ali münasibət, vətəndaş cəmiyyətinin inkişafına göstərilən yüksək dəstək AHİK-in də sərbəst və müstəqil fəaliyyətinə geniş imkanlar açır. Fəxarətlə deyə bilərik ki, Ulu öndərin tövsiyələrinə uyğun olaraq, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli kampaniyalarda iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Həmçinin əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəal iş aparılır”. Çıxışının sonunda M.Cəfərzadə əminlik ifadə edərək bildirib ki, AHİK bundan sonra da dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşəcək və həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsində səmərəli fəaliyyət göstərəcəkdir. Sonra konfransda Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova, Yardımlı rayon komitəsinin sədri Azər Ələkbərov çıxış edərək AHİK-in keçdiyi inkişaf yolundan danışıblar. Tədbirin sonunda AHİK-in 30 illik yubileyi ilə əlaqədar həmkarlar ittifaqı fəallarına Fəxri Fərmanlar təqdim olunub.  WhatsApp Image 2023-01-13 at 20.47.29 (5).jpeg 156.03 KBWhatsApp Image 2023-01-13 at 20.47.29 (4).jpeg 199.86 KBWhatsApp Image 2023-01-13 at 20.47.29 (2).jpeg 155.65 KBWhatsApp Image 2023-01-13 at 20.47.29 (1).jpeg 137.86 KBWhatsApp Image 2023-01-13 at 20.42.56.jpeg 152.46 KBWhatsApp Image 2023-01-13 at 20.42.55 (1).jpeg 149.65 KBWhatsApp Image 2023-01-13 at 20.42.55.jpeg 245.91 KB

14.01.2023

Qaradağ rayonunda təcrübəli təhsil işçisinin 65 illik yubileyi qeyd edilib

Qaradağ rayonunda təcrübəli təhsil işçisinin 65 illik yubileyi qeyd edilib

16 №-li Bakı Peşə Liseyinin direktoru Şakir Hüseynovun 65 illik yubileyi münasibətilə tədbir keçirilib. ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Liseyin rəhbərliyi və müəllimləri iştirak ediblər. Çıxış edənlər Şakir müəllimin mənalı ömür yolundan, uğurlu pedaqoji fəaliyyətindən, nümunəvi davranışlarından, rəhbərlik etdiyi təhsil ocağının nailiyyətlərindən, ölkə təhsilinin inkişafına verdiyi mühüm töhfələrdən danışıblar.Ş.Hüseynov onun ünvanına deyilən xoş sözlərə görə təşəkkür edib, görüşün təşkilatçılarına minnətdarlığını bildirib. Vurğulayıb ki, bundan sonra da ölkə təhsilinin inkişafı naminə səylə çalışacaq, gənclərin müxtəlif peşələrə mükəmməl yiyələnməsi üçün əlindən gələni edəcək.Sonda rayon komitəsi tərəfindən yubiliyara müxtəlif hədiyyələr təqdim olunub.WhatsApp Image 2023-01-06 at 13.34.11.jpeg 82.02 KBWhatsApp Image 2023-01-06 at 13.34.11 (1).jpeg 75.88 KBWhatsApp Image 2023-01-06 at 13.34.11 (2).jpeg 84.93 KB

30.12.2022

ATİAHİ Qaradağ rayon komitəsinin sədri təltif olunub

ATİAHİ Qaradağ rayon komitəsinin sədri təltif olunub

Bakının Qaradağ rayonunun 228 №-li tam orta məktəbində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.Tədbirdə rayonun tanınmış təhsil işçiləri, həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.Bir-birindən maraqlı müsiqi nömrələri, səhnəciklər, rəqslər iştirakçıların könülünü oxşayıb.Sonda qabaqcıl təhsil işçiləri təltif olunub. Təltif olunanlar arasında ATİAHİ Qaradağ rayon komitəsinin sədri də yer alıb.WhatsApp Image 2022-12-29 at 14.56.26.jpeg 79.1 KBWhatsApp Image 2022-12-29 at 15.02.07.jpeg 84.74 KB

30.12.2022

ATİAHİ-nin nümayəndə heyəti qadınların beynəlxalq konfransında iştirak edib

ATİAHİ-nin nümayəndə heyəti qadınların beynəlxalq konfransında iştirak edib

Türkiyə Cümhuriyyətinin Antalya şəhərində “Türk dünyasında sosial həyat və iş həyatında qadının rolu” mövzusunda konfrans keçirilib.Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqı Birliyinin və Türk Egitim-Senin təşkilatçılığı ilə keçirilən bu konfransda təşkilatımızı ATİAHİ-nin Gender məsələləri üzrə ictimai komissiyasının və Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin sədri İlahə Talıbova, Pirallah rayon komitəsinin sədri Arzu Cahangirova, Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Bakı Mühəndislik Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Ləman Şərifova və Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəhra Hüseynova təmsil edib. Konfransda giriş sözü ilə çıxış edən Türk Eğitim-Sen və Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birilliyinin sədri Talip Geylan türkdilli təşkilatların qadın nümayəndələrini salamlayıb və belə bir möhtəşəm tədbirə ev sahibliyi etdiyi üçün qürur hissi duyduğunu bildirib. O öz çıxışında iş həyatında qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi, qadın hüquqları, iş həyatında qadınlara qarşı məhdudiyyətlər, qadınlara göstərilən şiddət və gender  bərabərliyi ilə bağlı çıxış edib, qadınların iş həyatında daha fəal olması üçün mübarizə aparmağın vacib odluğunu söyləyib. Konfrans öz işinə qadın  hüquqları ilə bağlı 10 mövzu üzrə müzakirələrlə davam etdirib. Bu müzakirələrdə ATİAHİ-nin nümayəndə heyəti fəal iştirak edib və mövzular üzrə çıxışlar ediblər. Konfransın sonunda direktivlər yaratmaq məqsədi ilə qadın hüquqları və gender bərabərliyi ilə bağlı 37 maddədən ibarət qətnamə qəbul edilib. Sonda xatirə şəkili çəkilib və nümayəndə heyətlərinin rəhbərlərinə hədiyyələr təqdim olunub. Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının da üzv olduğu Avrasiya Təhsil Işçiləri Beynəlxalq Həmkarlar İttifaqı Birliyi 2006-cı ildə yaradılıb və 10 türkdilli təşkilatı özündə birləşdirir.MEB_1540.JPG 9.52 MBMEB_1561.JPG 9.86 MBMEB_1571.JPG 9.36 MBMEB_1594.JPG 9.48 MBMEB_1636.JPG 10.13 MBMEB_1698.JPG 9.72 MBMEB_1821.JPG 9.99 MBMEB_2016.JPG 10.21 MBMEB_2274.JPG 10.06 MBMEB_2295.JPG 9.47 MBMEB_2344.JPG 9.76 MBMEB_2356.JPG 11.36 MBMEB_2364.JPG 9.93 MBMEB_2590.JPG 9.65 MBMEB_2775.JPG 9.98 MBMEB_2782.JPG 11.97 MBMEB_2788.JPG 10.04 MBMEB_2795.JPG 10.27 MB

20.12.2022

AHİK sədri Səttar Möhbalıyev Gürcüstanda səfərdədir

AHİK sədri Səttar Möhbalıyev Gürcüstanda səfərdədir

Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının XV Qurultayı keçirilir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Tbilisi şəhərində Qurultayda iştirak edir.AHİK sədri həmçinin Qurultayın ilk günü xaricdən dəvət olunan qonaqların iştirakı ilə təşkil olunmuş “Demokratiya və layiqli əməyin inkişafı naminə sülh və dayanıqlı inkişafı təşviq edən həmkarlar ittifaqları” adlı konfransa qatılıb.Daha sonra S.Möhbalıyev Qurultayda çıxış edib. O, Azərbaycan və Gürcüstan həmkarlar ittifaqları arasında mövcud olan münasibətlərdən, təşkil olunan qarşılıqlı səfərlərin əhəmiyyətindən, aparılan təcrübə mübadilələrindən, onun effektli nəticələrindən, iki qurum arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində görülən işlərdən danışıb.Konfransın mövzusunu aktual hesab edən AHİK sədri bildirib ki, bu bütün dünya üçün əhəmiyyətlidir: “Demokratiya daim inkişaf edən bir prosesdir və hər bir yeni nəsil öz dəyər və prinsiplərini, o cümlədən qanunun aliliyi və insan haqlarını daha da inkişaf etdirmək və zənginləşdirmək üçün səy göstərməlidir. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Təsis Bəyannaməsində elan edilmiş prinsiplər bizi demokratik hüquq və azadlıqları hər yerdə təşviq etməyi tövsiyə edir. Firavan həyat demokratiyadan, layiqli əməkdən və kütləvi qırğın silahlarından xilas olmaqdan asılıdır. Sülh və demokratik hüquqlar Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün son dərəcə vacib amildir. Əminliklə deyə bilərik ki, bütün dünyada həmkarlar ittifaqları sülh, demokratik hüquq və azadlıqlar uğrunda mübarizədə öndə gedən təşkilatlardandır”.“Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əsas yük dövlətin üzərinə düşür. Həmkarlar ittifaqları ictimai təşkilat olaraq dövlətin qarşıya qoyduğu məqsədlərə çatmasına kömək etməlidir və təbii ki, bu prosesə fəal dəstək verirlər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üzv təşkilatlarla  məsləhətləşmələr aparır, DİM-in ölkənin inkişafındakı roluna dair regionlarda çoxsaylı seminarlar keçirir”, – S.Möhbalıyev deyib.AHİK sədri həmçinin dünyada yaşayış səviyyəsinə və əməkhaqqına təsir göstərən əməyin keyfiyyətinin və məhsuldarlığının yüksəldilməsini, iş şəraitinin yaxşılaşdırılmasını, əmək şəraitində qadın və kişilərə bərabər imkanların yaradılmasını vacib hesab edib. Vurğulayıb ki, bütün əmək qabiliyyətli insanları normal gəlirli,  iş yerində təhlükəsizliyi təmin edən, ailələrin sosial müdafiəsini gücləndirən, onların şəxsiyyət kimi formalaşmasına və cəmiyyətə inteqrasiyasına imkan verən layiqli işlə təmin etmək günümüzün ən aktual məsələlərindəndir”.0f8fe8d4-7c04-4f82-928e-6cfdc466578c.jpg 51.55 KB468d78a0-c68d-4d56-a249-ec5dc49d0604.jpg 136.46 KB3239ca90-ecb6-4323-944b-c436dc978c4a.jpg 109.46 KB

14.12.2022

Qaradağda ilk həmkarlar ittifaqı sədrlərinin   iştirakı ilə seminar keçirilib

Qaradağda ilk həmkarlar ittifaqı sədrlərinin iştirakı ilə seminar keçirilib

Qaradağ rayonunda məktəbəqədər təhsil müəssisələrinin ilk həmkarlar ittifaqı sədrlərinin iştirakı ilə seminar keçirilib.ATİAHİ Qaradağ rayon komitəsi tərəfindən təşkil edilmiş seminarda iştirakçılara sənədləşmə işinin aparılması qaydası izah edilib, 2023-cü ilin iş planının hazırlanması tövsiyə olunub, şəhid və aztəminatlı ailələrə, həmçinin qazi və veteranlara diqqətin artırılması bildirilib.Seminarda geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, iştirakçıların sualları cavablandırılıb.

14.12.2022

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin VII Məclisi keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin VII Məclisi keçirilib

Dekabrın 7-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) VII Məclisi keçirilib.Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Sonra ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyi ilə Məclis üzvlərini tanış edib. Gündəlikdə “ATİAHİ RK-nın Məclis üzvləri arasında qismən dəyişiklik edilməsi barədə”, “2021-2023-cü illər üçün bağlanmış Kollektiv Saziş və kollektiv müqavilələrin əmək münasibətləri, əməkhaqqı və əmək normaları, iş və istirahət vaxtı bölməsindəki maddələrinin yerinə yetirilməsi ilə bağlı üzv təşkilatların gördükləri işlər barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcə göstəricilərinin təsdiqi barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi aparatının və üzv təşkilatlarının  ştat cədvəlinin təsdiqi barədə”, “ATİAHİ-nin Nizamnaməsinə qismən dəyişiklik edilməsi barədə” məsələlər öz əksini tapıb.İclasda gündəlikdə duran hər bir məsələ ilə bağlı müvafiq qərarlar qəbul edilib.“2021-2023-cü illər üçün bağlanmış Kollektiv Saziş və Kollektiv Müqavilənin şərtlərinin  yerinə yetirilməsi ilə bağlı üzv təşkilatların fəaliyyəti barədə” məsələnin müzakirəsi zamanı qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış Baş Kollektiv Sazişə əsaslanaraq ATİAHİ RK və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında 2021-2023-cü illər üçün Kollektiv Saziş bağlanıb. Həmin Kollektiv Sazişi eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsini, “Həmkarlar İttifaqları Haqqında” Azərbaycan Respublikasının Qanununu, təşkilatın Nizamnaməsini və Respublika Komitəsinin qərar və tövsiyələrini əldə rəhbər tutaraq şəhər və rayon həmkarlar ittifaqı komitələri müvafiq təhsil şöbələri ilə, ilk təşkilatlar isə müvafiq təhsil müəssisəsi rəhbərləri ilə kollektiv müqavilə bağlayıblar.Kollektiv Saziş və müqavilələrdə təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları, o cümlədən əməyinin ödənilməsi qaydaları və miqdarı, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi, iş və istirahət vaxtı, məzuniyyətlərin müddətləri haqqında şərtlər, işçilərin əmək şəraitinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi, işəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatı ilə razılaşmaların aparılması və digər mühüm öhdəliklər öz əksini tapıb.Qeyd olunub ki, Respublika Komitəsi tərəfindən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının pozulması ilə əlaqədar daxil olan müraciətlər, eyni zamanda şifahi daxil olan müraciətlər ciddi şəkildə araşdırılıb, müvafiq köməklik edilib. Eyni zamanda Kollektiv Sazişdə öz əksini tapan müvafiq öhdəliyin yerinə yetirilməsi nəticəsində 2022-ci ildə 6 437 nəfər əlil təhsil işçisinə əlavə əməkhaqqının verilməsinə nail olunub.Məsələyə münasibət bildirən S.Möhbalıyev qeyd edib ki, bunun təmin edilməsi müsbət nəticə kimi qeyd edilməlidir. O həmçinin bildirib ki, rayon, şəhər və rayon hüquqlu komitələr daim kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinə nəzarət etməlidir. Həmçinin kollektiv müqavilə hazırlanan zaman bu sənədin kollektiv arasında müzakirəsi təmin edilməli, ittifaq üzvlərini narahat edən problemlər nəzərə alınmalıdır. Eyni zamanda ittifaq üzvlərinin müraciətlərinə həssas yanaşılmalı, onları narahat edən problemlərin həllinə köməklik göstərmək lazımdır.Sonra “ATİAHİ-nin Nizamnaməsinə qismən dəyişiklik edilməsi barədə” məsələ müzakirə edilərək qərar qəbul edilib.Daha sonra iclasda 2023-cü təqvim ili üçün ATİAHİ RK-nın büdcə göstəriciləri və RK Aparatının ştat cədvəli təsdiq edilib.Tədbirin sonunda S.Möhbalıyev gələcək fəaliyyətlə bağlı rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrlərinə tövsiyələrini çatdırıb.1-2.jpg 103.91 KB2-2.jpg 204.65 KB3-1.jpg 111.73 KB4-1.jpg 161.39 KB5.jpg 66.86 KB

07.12.2022

Qaradağ rayonunda BƏT-nin tövsiyəsi ilə əlaqədar tədbir keçirilib

Qaradağ rayonunda BƏT-nin tövsiyəsi ilə əlaqədar tədbir keçirilib

Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2022-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Gününü “Pozitiv, təhlükəsiz və sağlam həyat mədəniyyəti üçün birgə fəaliyyət” devizi ilə qeyd etməyi tövsiyə edib.Bununla əlaqədar ATİAHİ Qaradağ rayon komitəsi tabeliyində olan üzv təşkilatlar ilə qeyd olunan mövzuda mütəxəssislərin iştirakı ilə yığıncaqlar keçirib.Rayon komitəsinin sədri Z.Rzayeva və dəvət olunmuş SƏTƏMM və KN  xidmətinin mühəndisi Məhəmməd Məcidov çıxışlarında iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik qaydalarına əməl edilməsi, işçilərin sağlamlığının qorunması və digər məsələlər barədə iştirakçılara məlumatlar veriblər.Sonda iştirakçıların sualları cavablandırılıb, rəy və təklifləri dinlənilib, geniş fikir mübadiləsi aparılıb.WhatsApp Image 2022-11-30 at 13.22.20.jpeg 47.87 KBWhatsApp Image 2022-11-30 at 13.21.16.jpeg 97.57 KBWhatsApp Image 2022-11-30 at 13.24.27.jpeg 79.42 KBWhatsApp Image 2022-11-30 at 13.32.23.jpeg 113.3 KBWhatsApp Image 2022-12-01 at 15.04.25.jpeg 91.21 KB

02.12.2022

Qaradağ rayon, Neftçi Qurban adına 288 №-li tam orta məktəbdə şəhidin anım mərasimi keçirilib

Qaradağ rayon, Neftçi Qurban adına 288 №-li tam orta məktəbdə şəhidin anım mərasimi keçirilib

 Qaradağ rayon Neftçi Qurban adına 288 №-li tam orta məktəbdə Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olmuş kapitan Ceyhun Əhmədxanovun xatirəsinə həsr edilmiş tədbir keçirilib.Tədbirdə şəhidin ailə üzvləri və yaxınları, iş yoldaşları, məktəbin kollektivi iştirak ediblər.ATİAHİ Qaradağ rayon komitəsinin sədri Z.Rzayeva, məktəbin ditektoru T.Quliyev və müəllimlər çıxış edərək ölkəmizdə şəhidlərə olan ali münasibətdən, onların ailə üzvlərinə dövlətimizin diqqət və qayğısından danışıblar. Şəhidin iş yoldaşları Ceyhunun intizamlı xidmətindən, Vətənə, dövlətə sədaqətindən, nümunəvi davranışlarından söz açıblar.Tədbirdə məktəbin şağirdləri ədəbi-bədii kompozisiya ilə çıxışları  ediblər.Şəhidin anası, məktəbin ibtidai sinif müəllimi Rəqiybə xanım şəhidlərimizə, o cümlədən onun oğluna göstərilən münasibətə görə, bütün iştirakçılara, eləcə də təşkilatçılara təşəkkür edib. WhatsApp Image 2022-11-29 at 15.23.47.jpeg 59.34 KBWhatsApp Image 2022-11-29 at 15.24.15.jpeg 216.94 KBWhatsApp Image 2022-11-29 at 15.25.00.jpeg 291.01 KBWhatsApp Image 2022-11-29 at 16.14.03.jpeg 267.53 KB

30.11.2022

AHİK sədri Səttar Möhbalıyev BHİK-nın vitse-prezidenti seçilib

AHİK sədri Səttar Möhbalıyev BHİK-nın vitse-prezidenti seçilib

17-22 noyabr 2022-ci il tarixində Avstraliya İttifaqının Melbrun şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) V Dünya Qurultayı keçirilib.Qeyd edək ki, BHİK 2006-cı ildə Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası və Ümumdünya Əmək Konfederasiyasının birləşməsi nəticəsində yaranıb və həmkarlar ittifaqı hərəkatının inkişafına dəstək olan böyük təşkilatdır. Qurum 161 ölkədə 200 milyon işçinin hüquqlarını müdafiə edir və tərkibində 325 milli üzv təşkilatı yer alıb.BHİK-nın əsas missiyası həmkarlar ittifaqları arasında beynəlxalq əməkdaşlıq, qlobal kampaniyalar və dünyəvi institutlarda vəkillik vasitəsilə işçilərin hüquq və maraqlarını təşviq etmək və qorumaqdır.Təşkilatın əsas fəaliyyət istiqamətlərinə həmkarlar ittifaqları və insan hüquqları, iqtisadiyyat, cəmiyyət və layiqli iş yeri, bərabərlik və ayrı-seçkiliyin olmaması, beynəlxalq həmrəylik daxildir.BHİK həmkarlar ittifaqı demokratiyası və müstəqilliyi prinsiplərinə riayət etməklə Baş Şura və İcraiyyə Bürosu tərəfindən 4 ildən bir keçirilən Dünya Qurultayı tərəfindən idarə olunur.Onun regional təşkilatları Asiya və Sakit Okean üzrə Regional Təşkilatı, Afrika üzrə Regional Təşkilatı və Amerika üzrə Regional Təşkilatdır. Bununla yanaşı, BHİK Avropa Həmkarlar İttifaqları Konfederasiyası və Pan Avropa Regional Şurası ilə əməkdaşlıq edir.Təşkilat  Qlobal Birlik Federasiyaları və Həmkarlar İttifaqları Məsləhət Komitəsi (TUAC) ilə əlaqələr saxlayır, Beynəlxalq Əmək Təşkilatı və BMT-nin bir sıra digər ixtisaslaşmış qurumları ilə əməkdaşlıq edir.V Dünya Qurultayı çərçivəsində Avropa Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının Baş katibi Luka Visentini BHİK-in Baş katibi, xanım Akiko Gono (Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası) isə BHİK-in prezidenti seçilib.Dünyanın ən böyük beynəlxalq həmkarlar ittifaqları təşkilatı olan BHİK-nın Qurultayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) geniş tərkibdə nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin rəhbəri AHİK sədri, Azərbaycan Milli Məclisinin deputatı, Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev yenidən BHİK-nın vitse-przidenti vəzifəsinə seçilib. 161 dünya ölkələrinin daxil olduğu və 3 regional təşkilatı olan  BHİK-nın Ümumi Şurasında və İcraiyyə Komitəsində Avropa ölkələrinin həmkarlar ittifaqları təşkilatlarının təmsilçisi kimi məhz AHİK sədrinin vitse-prezident seçilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırmaqla  yanaşı, AHİK-ə üzv təşkilatlar və əməkçilər üçün də qürurvericidir.Yeni seçilən Baş katiblə görüşən S.Möhbalıyev onu təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan həmkarlar ittifaqları BHİK ilə hərtərəfli münasibətə böyük əhəmiyyət verir, təşkilatın üzvləri ilə səmərəli əməkdaşlıq edir.  L.Visentini ilə əvvəlki görüşləri və aparılan fikir mübadilələrini xatırladan S.Möhbalıyev ümidvar olduğunu bildirib ki, BHİK bundan sonra da qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək, milli həmkarlar ittifaqları arasında əlaqələr daha da genişlənəcəkdir. L.Visentini təbrikə görə, S.Möhbalıyevə təşəkkür edib və AHİK-in fəaliyyətini yüksək dəyərləndirib.AHİK sədri Səttar Möhbalıyev həmçinin Yaponiya Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti xanım Tomoko Yoşino ilə də görüşüb. Görüşdə Yaponiya və Azərbaycanın həmkarlar ittifaqları arasında olan münasibətlərdən, təşkil olunan qarşılıqlı səfərlərdən, aparılan fikir mübadilələrinin səmərəli nəticələrindən danışılıb. Azərbaycanın bir qrup həmkarlar ittifaqı fəalının Yaponiyaya səfərini xatırladan S.Möhbalıyev bunun əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Qeyd olunub ki, hər iki tərəf bundan sonra da münasibətlərin dərinləşdirilməsi istiqamətində səylə çalışacaqlar.Avstraliyanın Baş naziri Entoni Albaneze də qurultayda iştirak edərək milli həmkarlar ittifaqlarına qarşıya qoyulan ağır və məsuliyyətli işdə öz məqsədlərinə çatmaları üçün uğurlar arzulayıb. Həmçinin Yeni Zelandiya hökumətinin başçısı Casinda Ardern qurultayda video müraciətlə cıxış edib.0d21e020-13ad-4da9-9c2b-01b6db7bb7e3.jpg 142.67 KB1234.jpg 519.45 KB

23.11.2022

Qaradağda şəhid ailələrinin istirahəti və sağlamlığının qorunması diqqət mərkəzindədir

Qaradağda şəhid ailələrinin istirahəti və sağlamlığının qorunması diqqət mərkəzindədir

ATİAHİ Qaradağ rayon komitəsi təhsil müəssisələrində çalışan şəhid ailələri və müharibə iştirakçılarının asudə vaxtlarının səmərəli təşkili ilə əlaqədar müəyyən işlər görür. Belə ki, 7-8 noyabr tarixdə rayon təhsil müəssisələrində çalışan bir qrup şəhid ailəsi və veteranın “El Faro” istirahət mərkəzində istirahətləri təşkil olunub.Onlar üçün proqramlar təşkil olunub, süfrələr açılıb, fotolor çəkdirilib. WhatsApp Image 2022-11-11 at 08.41.58.jpeg 145.55 KBWhatsApp Image 2022-11-11 at 08.42.47.jpeg 177.11 KBWhatsApp Image 2022-11-11 at 08.42.24.jpeg 112.45 KB

14.11.2022

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo