İttifaq üzvləri Nar Festivalında iştirak edib


Göyçay rayonunda 15-ci Nar Festivalı keçirilib. Tədbirdə ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə rayonun 110 №-li tam orta məktəbinin ittifaq üzvləri də iştirak ediblər. Bayram şənliyində sərgilər, kompozisiyalar, folklor nümunələri nümayiş etdirilib. Rayonun 25-dən artıq kəndində narçılıqla məşğul olan insanların yetişdirdiyi məhsullardan hazırlanmış məhsulların sərgisinə baxış keçirilib. Festivalda həmçinin məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş olunub, göyçaylı qadınlar ifasında folklor nümunələri səsləndirilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo