Qardağ rayon komitəsi üzvlərin istirahəti üçün bütün zəruri tədbirləri görür

Qardağ rayon komitəsi üzvlərin istirahəti üçün bütün zəruri tədbirləri görür

Üzvlərinin səmərəli və mənalı istirahəti, sağlamlıqlarının qorunması həmkarlar ittifaqlarının ümdə vəzifələri sırasındadır. Bu məqsədlərlə hər il on minlərlə ittifaq üzvlərinə istirahət evlərinə və sanatoriyalara getmək üçün yollayışlar verilir. Bundan başqa, həmkarlar ittifaqları ölkəmizin səfalı və turistlər üçün cəlbedici guşələrinə bir günlük səfərlər təşkil edir, üzlərin rahat dincəlməsi naminə hər cür şəraiti yaradırlar.ATİAHİ Qaradağ rayon komitəsi də bu məqsədlərlə müntəzəm olaraq təhsil işçiləri üçün turlar təşkil edir. Növbəti səfər zamanı ittifaq üzvləri getdikləri rayonların gəzməli-görməli yerlərində olub, gözəl və əsrarəngiz təbiət mənzərələrini seyr edib rahat dincəliblər.Komitədən bildirilib ki, bundan sonra da ittifaq üzvlərinin istirahəti üçün bütün zəruri tədbirlər görüləcək.WhatsApp Image 2024-07-03 at 10.14.52.jpeg 1.03 MBWhatsApp Image 2024-07-03 at 10.15.08.jpeg 354.81 KBWhatsApp Image 2024-07-03 at 10.14.50.jpeg 296.61 KB

19.07.2024

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Qaradağda qeyd olunub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Qaradağda qeyd olunub

ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayonda bayram tədbiri keçirilib.Tədbirdə çıxış edənlər bildirib ki, bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyənləşdirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.Tədbir şagirdlərin və bağça uşaqlarının hazırladıqları kompozisiyalarla davam edib. Təqdim olunan şou-proqramlar azyaşlıların sevincinə səbəb olub. Eləcə də təşkil olunan səhnəciklər, istedadlı balaca ifaçıların təqdimatında vətənpərvər ruhlu nəğmələr balacalara xoş anlar bəxş edib.WhatsApp Image 2024-05-30 at 15.25.09.jpeg 234.57 KBWhatsApp Image 2024-05-30 at 15.05.52 (3).jpeg 186.26 KBWhatsApp Image 2024-05-30 at 15.05.53 (1).jpeg 293.53 KBWhatsApp Image 2024-05-30 at 15.05.51 (1).jpeg 310.27 KBWhatsApp Image 2024-05-30 at 15.05.51 (3).jpeg 256.11 KBWhatsApp Image 2024-05-30 at 15.05.52.jpeg 317.06 KB

05.06.2024

Qaradağda

Qaradağda "1-ci Coğrafiya sərgisi" təşkil olunub

Qaradağ rayonunda həmkarlar ittifaqının üzvü, coğrafiya müəllimi Ramin Məmmədlinin təşkilatçılığı ilə şagirdlərin coğrafiya fənninə aid əl işlərindən ibarət "1-ci Coğrafiya sərgisi" təşkil olunub.Sərgidə 50-yə yaxın şagirdin əl işləri nümayiş etdirilib və iştirakçıların diqqətini çəkib.Tədbirdə iştirak edən ATİAHİ Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva fərqlənən 3 əl işinin sahibinə hədiyyələr verib. Həmçinin sərginin təşkilatçısı R.Məmmədli isə Fəxri fərmanla təltif olunub.WhatsApp Image 2024-05-24 at 14.46.16 (2).jpeg 275.56 KBWhatsApp Image 2024-05-24 at 14.46.15.jpeg 335.04 KBWhatsApp Image 2024-05-24 at 14.46.15 (1).jpeg 310.4 KBWhatsApp Image 2024-05-24 at 14.46.17.jpeg 307.08 KB

05.06.2024

Qaradağ və Xətai rayonlarının müəllimləri futbol meydanında üz-üzə gəlib

Qaradağ və Xətai rayonlarının müəllimləri futbol meydanında üz-üzə gəlib

Qaradağ rayon təhsil işçilərinin komandası ilə Xətai rayon təhsil işçilərinin komandası arasında futbol matçı baş tutub.Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş idman tədbirində çıxış edənlər Ümummilli Liderin müəyyənləşdirdiyi Azərbaycanın təhsil siyasətindən, müəllimlərə göstərilən diqqət və qayğıdan, gənclərin elmi biliklərə yiyələnməsi üçün yaradılan şəraitdən danışıblar.Həmçinin Ulu Öndərin müəllifi olduğu Azərbaycanın inkişaf strategiyasında idmanın yeri, bu sahənin inkişafı üçün atılan addımlar xüsusi olaraq vurğulanıb.Çıxışların ardınca futbol yarışı start götürüb və maraqla izlənilib.WhatsApp Image 2024-05-27 at 11.37.03.jpeg 153.17 KBWhatsApp Image 2024-05-27 at 11.37.31.jpeg 266.51 KBWhatsApp Image 2024-05-27 at 11.35.48.jpeg 230.91 KB

05.06.2024

Qaradağda narkomaniyaya qarşı maarifləndirmə tədbirləri davam etdirilir

Qaradağda narkomaniyaya qarşı maarifləndirmə tədbirləri davam etdirilir

ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda dəyirmi masa keçirilib.Tədbirdə Təhsil İnstitutunun böyük elmi işçisi Günay Quliyeva, 7 №-li UGİM-in dərnək rəhbərləri, məktəb psixoloqları iştirak ediblər.Öncə gənclərlə işləyən müəssisələr üçün narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işinin təşkili barədə videoçarx nümayiş olunub.Sonra çıxış edənlər narkomaniyanın doğurduğu faciələr, narkotiklərin cəmiyyətə və insanların sağlamlığına ziyanı və yaratdığı ciddi sosial problemlər, narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması barədə danışıblar. Həmçinin gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu bildirilib. WhatsApp Image 2024-05-22 at 10.32.35.jpeg 59.1 KBWhatsApp Image 2024-05-22 at 10.33.21.jpeg 174.73 KBWhatsApp Image 2024-05-22 at 10.31.53.jpeg 174.22 KBWhatsApp Image 2024-05-22 at 10.33.39.jpeg 192.58 KB

05.06.2024

110 №-li məktəbdə “Təmsilin Ziyası” adlı tədbir keçirilib

110 №-li məktəbdə “Təmsilin Ziyası” adlı tədbir keçirilib

Görkəmli şair, təmsil ustası, tərcüməçi, publisist və dramaturq, Əməkdar incəsənət xadimi Hikmət Ziyanın 95 illik yubileyi ilə əlaqədar Qaradağ rayonunun 110 №-li məktəbində “Təmsilin Ziyası” adlı tədbir keçirilib.ATİAHİ Qaradağ rayon komitəsinin təşəbbüsü ilə baş tutan tədbirdə uşaq ədəbiyyatının sevimli nümayəndələri - Zahid Xəlil, Rafiq Yusifoğlu, Eyvaz Zeynalov, Qəşəm İsabəyli, Hikmət Ziyanın qızı Arzu Xudiyeva, nəvəsi Aytən Xudiyeva və məktəbin kollektivi iştirak ediblər.Çıxış edənlər şairin ömür yolundan və zəngin yaradıcılığından danışıblar. Qeyd olunub ki, Hikmət Ziya təmsili ədəbiyyatımızda kamil səviyyəsinə ucalmış sənətkar olaraq özündən sonra zəngin ədəbi irs qoyub. Onun ustalığı, bədii fikrinin yeniliyi və kamilliyi ondadır ki, heç kəsi təkrar etmir, həyatdan aldığı mövzuları özünəməxsus üsullarla və obrazlı ifadələrlə canlandırır. Şairin dövrün tələbi ilə uzlaşan ictimai-siyasi məzmunlu şeirləri, sevgi duyğularını əks etdirən lirik nəğmələri, dərin məzmunlu təmsilləri, nəsr əsərləri, tərcümələri özündən sonra xalqımıza yadigar qalıb.Sonra şagirdlər şairin yaradıcılığına müraciət edərək şerlər söyləyib, mahnılar ifa ediblər. Həmçinin şairin həyatından bəhs edən “Təqib” pyesi nümayiş olunub.WhatsApp Image 2024-05-22 at 10.43.59.jpeg 339.86 KBWhatsApp Image 2024-05-22 at 10.44.39.jpeg 402.67 KBWhatsApp Image 2024-05-22 at 10.46.21.jpeg 324.23 KBWhatsApp Image 2024-05-22 at 10.43.12.jpeg 285.29 KBWhatsApp Image 2024-05-22 at 10.42.53.jpeg 315.03 KBWhatsApp Image 2024-05-22 at 10.42.27.jpeg 291.06 KBWhatsApp Image 2024-05-22 at 10.41.50.jpeg 209.13 KB

05.06.2024

ATİAHİ Respublika Komitəsinin XVIII hesabat-seçki konfransı keçirilib

ATİAHİ Respublika Komitəsinin XVIII hesabat-seçki konfransı keçirilib

Mayın 31-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) XVIII hesabat-seçki konfransı keçirilib.Konfransdan öncə ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və konfransın nümayəndələri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.Şəhidlər xiyabanı da konfrans iştirakçıları tərəfindən ziyarət edilib, şəhid məzarlarına gül dəstələri düzülüb.Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) binasında ATİAHİ RK-nın konfransı başlayıb.ATİAHİ RK-nın və AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları salamlayıb və konfransı açıq elan edib.Ardınca Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və dünyadan köçən ittifaq üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Reqlamentə uyğun olaraq, konfransın Rəyasət heyəti, Redaksiya, Mandat və Hesablayıcı komissiyaların tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib.Gündəliyə ATİAHİ RK-nın 2017-2024-cü illər üçün gördüyü işlərin hesabatı, Təftiş komissiyasının hesabatı, Məclisin yeni tərkibinin seçilməsi, Təftiş komissiyasının yeni tərkibinin seçilməsi, Azərbaycan Prezidentinə Müraciətin qəbul edilməsi və təşkilati məsələ (Məclis üzvləri, ATİAHİ RK sədri və sədrin müavinlərinin seçilməsi) barədə məsələlər daxil edilib.ATİAHİ RK-nın 2017-2024-cü illər üçün gördüyü işlərin hesabatı bağlı ATİAHİ RK-nın sədri Səttar Möhbalıyev çıxışı dinlənilib. O, əvvəlcə Azərbaycan həmkarlar ittifaqının güclü təşkilata çevrilməsində Ulu Öndər Heydər Əliyevin rolundan və göstərdiyi dövlət dəstəyindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf göstəricilərindən, misilsiz qələbələrlə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından, Böyük Qayıdış proqramından, eləcə də son illərdə təhsil sahəsində qazanılmış nailiyyətlərdən danışıb.ATİAHİ RK-nın fəaliyyəti ilə bağlı sədr bildirib ki, qurum öz funksiya və vəzifələrini layiqincə yerinə yetirmək üçün səylə çalışır: ”Hesabat dövründə Məclisin 9, Rəyasət heyətinin 53 iclası keçirilib. Müzakirəyə çıxarılmış məsələlər əsasən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, təhlükəsiz iş şəraiti, istirahəti və müalicəsi ilə bağlı olub. İttifaqı üzvlərinin sayında əhəmiyyətli artım müşahidə edilib. Həmkarlar ittifaqları strukturu, üzvlük və qeydiyyat məsələləri təkmilləşdirilib. Ötən dövrdə şəhər, rayon və rayon hüquqlu təşkilatlara ittifaq üzvlərindən 440 932 müraciət daxil olub, bütün müraciətlər diqqətlə araşdırılıb, onlara lazımi köməklik göstərilib. Bu müraciətlərdən 6143-ü əmək hüquqlarının müdafiəsi, 5716-sı həmkarlar ittifaqı orqanlarının işi, 83617-si sosial-iqtisadi məsələlər, 345456-sı isə maddi yardımların verilməsi ilə bağlı olub. Daxil olmuş müraciətlərin 419625-i müsbət həll edilib. Bu dövrdə bütövlükdə AHİK-in və həmkarlar ittifaqı büdcəsi hesabına 31 min 942 ədəd yollayış alınıb və 55 min 126 nəfər ittifaq üzvü və onların ailə üzvlərinin istirahəti və müalicəsi təmin edilib”.Səttar Möhbalıyev Respublika Komitəsi tərəfindən hesabat dövründə yeni Kollektiv Saziş layihəsinin hazırlandığını, Elm və Təhsil Nazirliyinin müvafiq komissiyası ilə birlikdə müzakirə aparıldığını və 2017-2019, 2019-2021, 2021-2023 və 2023-2025-ci illər üzrə kollektiv sazişlərin imzalandığını deyib: “ATİAHİ RK-nın xidmətinə aid olan üzv təşkilatlar da kollektiv müqavilələr bağlayıb. Son yeddi ildə yüzlərlə ittifaq üzvü öz əvvəlki işinə bərpa edilib. COVID 19 pandemiyası ilə əlaqədar Respublika Komitəsi və üzv təşkilatlar tərəfindən karonavirusa yoluxmuş 64 139 ittifaq üzvünə maddi yardım göstərilib, 45 443 ailəyə isə ərzaq yardımı verilib. Bundan başqa, xeyli sayda qoruyucu vasitələr alınaraq həmkarlar ittifaqı üzvlərinə paylanılıb. Parlaq Qələbəmizlə başa çatan Vətən müharibəsində 760 nəfər təhsil işçisi döyüşlərə qatıldı. Onlardan 21 nəfəri şəhid oldu. ATİAHİ RK-nın maliyyə vəsaiti və tərtibatı ilə “Qəhrəman təhsil işçiləri” adlı kitab çap olunaraq şəhid ittifaq üzvlərimizin xatirəsi əbədiləşdirildi. Üzv təşkilatlar tərəfindən 15800 nəfərdən artıq müharibə iştirakçısı olan ittifaq üzvlərinə və şəhid ailələrinə maddi yardım və ərzaq bağlamaları verilib. Bununla yanaşı, şəhid ailələrinə, qazi və veteranlara 987 ədəd 1634 nəfərlik sanatoriya və istirahət yerlərinə yollayış verilib. Həmçinin Respublika Komitəsi 32 şəhid ailəsini himayəyə götürüb”.Çıxışın ardından hesabat ətrafında müzakirələr aparılıb, qurumun fəaliyyəti qənaətbəxş hesab olunaraq səsçoxluğu ilə təsdiqlənib. Eləcə də Təftiş komissiyasının hesabat məruzəsi dinlənilib və səsə qoyulub.Konfransda həmçinin Məclisin və Təftiş komissiyasının yeni tərkibi seçilib.Gündəlikdəki ATİAHİ RK sədrinin və müavinlərin seçilməsi məsələsinə də baxılıb. Bildirilib ki, üzv təşkilatlarda keçirilən yığıncaq və konfranslarda Səttar Suliddin oğlu Möhbalıyevin sədr vəzifəsinə namizədliyi irəli sürülüb və bugünkü konfransın müzakirəsinə verilməsi barədə qərarlar qəbul olunub. Bu qərar konfrans iştirakçıları tərəfindən də dəstəklənib və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, AHİK sədri, Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev açıq səsvermə yolu ilə yenidən ATİAHİ RK-nın sədri seçilib.Səttar Möhbalıyev ona etimad göstərən konfrans iştirakçılarına təşəkkür edib, bundan sonra da rəhbərlik etdiyi qurumun səmərəli fəaliyyəti, təhsil işçilərinin əmək hüquqlarının qorunması, onlar üçün normalara uyğun iş şəraitinin yaradılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində daha səylə çalışacağını vurğulayıb.Eyni zamanda Hümbət Nağıyev sədrin birinci müavini, Mirzə Cəfərzadə isə müavin seçilib.Sonda konfrans iştrirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.2-6.jpg 232.84 KB1-7.jpg 142.98 KB4-7 (1).jpg 177.92 KB3-7.jpg 256.99 KB5-3.jpg 209.68 KB6-3.jpg 179.51 KB11-1.jpg 82.23 KB9-2.jpg 65 KB7-3 (1).jpg 82.13 KBE21A8969.JPG 1.97 MBE21A8981.JPG 2.34 MBE21A8988.JPG 2.36 MBE21A8990.JPG 2.21 MBE21A8991.JPG 2.1 MBE21A8993.JPG 2.31 MB8-5.jpg 205.41 KBE21A9022.JPG 4.54 MB

31.05.2024

Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin andan olmasının 101 illiyi ilə əlaqədar şahmat yarışı keçirilib

Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin andan olmasının 101 illiyi ilə əlaqədar şahmat yarışı keçirilib

Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin andan olmasının 101 illiyi ilə əlaqədar təhsil işçiləri arasında şahmat yarışı keçirilib.ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə baş tutan idman tədbirinin açılış mərasimində Ulu Öndərin siyasi fəaliyyətindən, dövlət quruculuğu siyasətindən, ölkəmizdə idmanın inkişafı üçün müəyyənləşdirdiyi təməllərdən və atdığı addımlardan danışılıb.Sonra yarış start götürüb və gərgin idman mübarizəsi şəraitində davam edib.Nəticədə I yerin qalibi 233 №-li tam orta məktəbin müəllimi Fərruz Əsgərov, II yerin qalibi 253 №-li tam orta məktəbin müəllimi Elbrus Neymanov və III yerin qalibi 288 №-li tam orta məktəbin müəllimi Xaliq Məmişov olub.Onlar Qaradağ rayon komitəsi tərəfindən mükafatlandırılıb. WhatsApp Image 2024-05-16 at 15.30.45.jpeg 137.45 KBWhatsApp Image 2024-05-16 at 15.30.44.jpeg 144.71 KBWhatsApp Image 2024-05-16 at 15.30.46.jpeg 124.28 KBWhatsApp Image 2024-05-16 at 15.30.47.jpeg 97.27 KB

22.05.2024

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib.Müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutub.Mayın 15-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri, YAP-ın sədr müavini Tahir Budaqov, ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələri əsasında 7 nəfər I, 11 nəfər II, 16 nəfər III dərəcəli diplomla təltif olunub və onlara hədiyyələr təqdim edilib.

17.05.2024

Qaradağda iqlim dəyişmələri ilə mübarizə mövzusunda seminar keçirilib

Qaradağda iqlim dəyişmələri ilə mübarizə mövzusunda seminar keçirilib

Aprelin 26-da ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin rəhbərləri və əməkdaşlarına “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri” mövzusunda təlim keçirilib. Təlim iqlim dəyişmələrinin bu günə olan nəticələri, insan həyatına təsiri, ümumi fəsadları və onunla mübarizə yolları barədə iştirakçıları maarifləndirmək məqsədi daşıyıb. Tikinti və Quraşdırma İşləri üzrə BDPT Mərkəzinin əməkdaşı, sahə üzrə mütəxəssis Şaiq Qədirov bildirib ki, bu qlobal fəlakətin dağıdıcı fəsadları artıq özünü göstərməkdədir. Onun sözlərinə görə, dünyanın müxtəlif yerlərində baş verən daşqınlar, sel, meşə yanğınları, quraqlıqlar iqlim dəyişikliyi səbəbindən baş verir. Hazırda dünya dövlətlərinin qarşısında duran əsas vəzifə iqlim dəyişikliyi ilə effektli mübarizə aparmaqdır. O həmçinin Azərbaycanda keçiriləcək COP29 barədə ətraflı məlumat verib. Vuruğulanıb ki, COP29-un ölkəmizdə keçirilməsi qlobal gündəliyə töhfə vermək üçün əvəzsiz imkanlar yaradır. Eləcə də təlim zamanı əməyin mühafizəsi işinin təşkili və qanunvericiliyin tələblərinə əməl edilməsi, nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrində olduğu kimi təhsil müəssisələrində də düzgün təşkil olunması vacib hesab olunub. Bu məqsədlə məktəbdə əməyin mühafizəsi üzrə işin təşkilinə dair normativ sənədlərin siyahısı, məktəbdə əməyin mühafizəsi üzrə işin təşkilində məsuliyyət daşıyan şəxslərin vəzifələri və ondan irəli gələn məsələlər müzakirə olunub, müvafiq mövzular üzrə aktiv diskusiya təşkil olunub və qrup işləri görülüb.Qeyd edək ki, təlim zamanı iqlim dəyişikliyi və COP29-la bağlı videoçarx nümayiş olunub.WhatsApp Image 2024-04-29 at 10.46.58.jpeg 92.98 KBWhatsApp Image 2024-04-29 at 10.36.06.jpeg 161.08 KBWhatsApp Image 2024-04-29 at 10.09.00.jpeg 143.03 KBWhatsApp Image 2024-04-29 at 10.09.02.jpeg 287.06 KB

08.05.2024

Qaradağda keçirilən iməcilik zamanı təmizlik və abadlıq işləri aparılıb

Qaradağda keçirilən iməcilik zamanı təmizlik və abadlıq işləri aparılıb

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar Qaradağ rayonu ərazisində təmizlik işləri aparmaq üçün iməclik təşkil olunub.ATİAHİ Qaradağ rayon komitəsi tərəfindən təşkil olunan tədbirdə ilk həmkarlar ittifaqlarının sədrləri və əməkdaşları, həmçinin ittifaq üzvləri iştirak ediblər. İməcilikdə ərazi alaq otlarından təmizlənib, qurumuş ağaclar ərazidən götürülüb, mövsümlə əlaqədar ağac və kollarda budama aparılıb.Eləcə də ərazi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib.WhatsApp Image 2024-04-25 at 11.25.45.jpeg 141.91 KBWhatsApp Image 2024-04-25 at 11.25.47.jpeg 309.19 KBWhatsApp Image 2024-04-25 at 11.27.26 (1).jpeg 515.96 KB

29.04.2024

Qaradağdan olan ittifaq üzvləri Qubada dincəliblər

Qaradağdan olan ittifaq üzvləri Qubada dincəliblər

ATİAHİ Qaradağ rayon komitəsi ittifaq üzvlərinin istirahətini və sağlamlıqlarının qorunmasını daim diqqətdə saxlayır.Rayon komitəsi Novruz bayramı günlərində məktəbəqədər təhsil müəssisələri işçiləri və bir qrup müharibə iştirakçılarının Quba rayonunda yerləşən Quba–Şahdağ-Truskavets sanatoriyasında istirahətini təşkil edib.İştirakçılar sanataroyada ziyarətçilərin istirahəti üçün yaradılmış bütün şəraitdən yararlanıblar və razılıqlarını bildiriblər.WhatsApp Image 2024-03-28 at 13.07.49.jpeg 83.41 KBWhatsApp Image 2024-03-28 at 13.07.26.jpeg 133.84 KB

03.04.2024

ATİAHİ RK Rəyasət heyətinin iclası keçirilib

ATİAHİ RK Rəyasət heyətinin iclası keçirilib

Aprelin 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyi ilə Rəyasət heyəti üzvlərini tanış edib.“ATİAHİ RK-nın 2023-cü ilə dair ümumi illik statistik hesabatı barədə”, “İlk həmkarlar ittifaqı təşkilatlarında hesabat-seçki yığıncaqlarının yekunları və irəli sürülən təkliflər barədə”, “2023-cü ildə ATİAHİ RK-da və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “ATİAHİ-nin üzv təşkilatlarında AHİK-in 25.11.2009-cu il 6b 32 saylı tarixli qərarı ilə keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” müsabiqəsinin yekunları barədə”, “2023-cü ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə”, “2023-cü ildə həmkarlar ittifaqı üzvlərinin müalicə və istirahətinin təşkili ilə bağlı görülmüş işlər barədə” məsələlər öz əksini tapıb.İclasda gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.Sonda RK-nın sədri Səttar Möhbalıyev gələcək fəaliyyətlə bağlı rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrlərinə bir sıra tapşırıq və tövsiyələrini çatdırıb.3 (3).jpg 250.46 KB2 (4).jpg 80.32 KB7 (2).jpg 104.11 KB

01.04.2024

Qaradağda qadınlar bayramı münasibətilə şənlik təşkil olunub

Qaradağda qadınlar bayramı münasibətilə şənlik təşkil olunub

ATİAHİ Qaradağ rayon komitəsi tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi keçirilib. Tədbirdə rayonun təhsil işçiləri iştirak ediblər.Çıxış edənlər bildirib ki, Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr veriblər. Onlar dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı, döyüş meydanlarında da şücaət göstəriblər. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Şənlikdə həmçinin uşaq bağçaları-körpələr evinin uşaqları şeirlər səsləndirib, rəqs proqramları ilə çıxışlar ediblər. Eləcə də iştirakçılar bayram süfrəsi arxasında konsert proqramı dinləyiblər.WhatsApp Image 2024-03-18 at 13.51.44.jpeg 408.05 KB

27.03.2024

Zümrüd Rzayeva Qaradağ rayon komitəsinin sədri seçilib

Zümrüd Rzayeva Qaradağ rayon komitəsinin sədri seçilib

ATİAHİ Qaradağ rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib.Yığıncaqda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, YAP rayon təşkilatının sədri Qafar Əliyev və ittifaq üzvləri iştirak ediblər. Öncə iştirakçılar rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.Sonra rayon komitəsinin sədri Zümrüd Rzayevanın 2017-2023-cü illər ərzində görülən işlər, həyata keçirilən layihələr barədə hesabatı dinlənilib. Məruzə ətrafında ilk həmkarlar ittifaqı sədrləri də fikirlərini bölüşüb, rəy və təkliflərini səsləndiriblər. Hesabat ittifaq üzvləri tərəfindən müsbət qarşılanıb və qənaətbəxş hesab olunub.Tədbirdə həmçinin komitənin yeni tərkibi formalaşıb, Zümrüd Rzayeva yekdilliklə yenidən rayon komitəsinin sədri seçilib.Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə Zümrüd Rzayevaya gələcək fəaliyyətində uğurlar arzulayıb və bir sıra tövsiyələrini səsləndirib.WhatsApp Image 2024-03-18 at 13.31.50.jpeg 37.49 KBWhatsApp Image 2024-03-18 at 13.32.54.jpeg 34.88 KBWhatsApp Image 2024-03-18 at 13.31.11.jpeg 31.46 KB

27.03.2024

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo