Qaradağ rayonunun təhsil işçiləri İsmayıllıda istirahət ediblər
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Bakının ümumtəhsil müəssisələri arasında keçirilən voleybol yarışında Qaradağ rayonun təhsil işçiləri 3-cü yeri qazanıblar.

Bu münasibətlə ATİAHİ Qaradağ rayon komitəsi tərəfindən komandanın üzvlərinin İsmayıllı rayonuna səfəri təşkil edilib.

Səfər zamanı iştirakçılar gözəl təbiət mənzərələri ilə göz oxşayan Lahıc kəndinə gedib, tarixi-mədəni abidələrinə baş çəkib, yerli adət-ənənələrlə tanış olublar. Həmçinin onlar üçün süfrə açılıb, ləziz yeməklərə qonaq ediliblər. Bundan başqa, qaliblər Qaradağ rayon komitəsi tərəfindən fəxri fərmanla təltif olunublar.

İştirakçılar onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını ifadə edib, təşkilatçılara təşəkkürlərini bildiriblər.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo