ATİAHİ Qaradağ rayon komitəsi Anım Günü ilə əlaqədar tədbir keçirib. Tədbirdə rayonun fəal ittifaq üzvləri iştirak ediblər.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən rayon komitəsinin sədri Z.Rzayeva bildirib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər isə qürur mənbəyimizdir: “Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endiriblər. Azərbaycan Ordusunun qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri törətməsi xalqımızın qələbə əzmini sarsıda bilmədi. Məhz Ordumuzun gücü, xalqımızın iradəsi və müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində parlaq Zəfərə qovuşduq”.