Naxçıvanda sosial qayğıya ehtiyacı olan 1250 ailəyə bayram sovqatları verilib
Prezident İlham Əliyevin diqqəti və tapşırığı ilə ölkəmizdə sosial layihələrin icrası diqqət mərkəzindədir. Bütün bayramlarda və dövlətimiz üçün digər əlamətdar günlərdə aztəminatlı, şəhid, qazi və digər həssas qruplardan olan ailələrə sovqat və yardımlar təqdim olunur.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Novruz bayramı ərəfəsində digər bölgələrlə yanaşı, Naxçıvanda da yaşayan 1250 aztəminatlı ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil olunub və təyinatı üzrə ünvanlara yola salınıb.Yola salınma mərasimində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak edib.3-3.jpg 317.92 KB4-3.jpg 220.56 KB1-3.jpg 392.48 KB
14.03.2023
AHİK-in nümayəndəsi Yunanıstan Əmək Konfederasiyasının Qurultayında iştirak edib
Martın 9-11-də Yunanıstan Əmək Konfederasiyasının 38-ci Qurultayı keçirilib. Paytaxt Afina şəhərində baş tutan Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını (AHİK) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov təmsil edib.Yunanıstanın bütün bölgələrindən səsvermə hüququ olan 400 nümayəndənin qatıldığı Qurultayda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Antonio Lisboa, Avropa İqtisadi və Sosial Komitənin İşçi Qrupunun sədri Oliver Röpke, Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin Fəaliyyəti üzrə direktor müavini Anna Biondi, həmçinin Fransa, İspaniya, Almaniya, İsveç, İtaliya, Türkiyə, Portuqaliya, Serbiya, Ukrayna, Albaniya, Bolqarıstan, Belçika və Avstriyanın həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.Qurultayda Yunanıstan Əmək Konfederasiyasının hazırkı sədri Yanis Panaqopolus səs çoxluğu ilə yenidən növbəti müddətə sədr seçilib.Qeyd edək ki, Qurultaydan öncə “Yaşayış xərclərinin böhranı - Həmkarlar İttifaqlarının təkliflərinin nəzərə alınması” mövzusunda beynəlxalq konfrans təşkil edilib. Konfransda çıxış edən AHİK-in nümayəndəsi Səbuhi İmanov dünyada müşahidə olunan yaşayış xərclərinin artmasından, böhranının kökündə duran problemlərdən, gündəlik istehlak məhsullarının qiymətlərinə təsir edən amillərdən danışıb. Bildirib ki, dünya əhalisinin sayı 8 milyardı keçib, bu isə labüd olaraq əmək bazarında rəqabəti artırıb, əmək münasibətlərini daha da həssas edib, insanların, demək olar ki, bütün növ gündəlik ehtiyaclarına - qida məhsullarına, enerji, bütün növ xidmət sahələrinə və hətta oksigenə olan tələbatının artmasına gətirib çıxarıb. Onun sözlərinə görə, böhran qlobal olsa da, artan xərclərdən daha çox aşağı gəlirli ölkələr əziyyət çəkir.S.İmanov həmçinin ölkəmizdə bu istiqamətdə görülən işlərdən söz açıb. Bildirib ki, Azərbaycanda əhalinin sosial rifah halının, aztəminatlı ailələrin sosial durumunun yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. Hər il ölkədə müşahidə olunan inflyasiyanın səviyyəsi nəzərə alınmaqla dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqları, sosial müavinətlər və təqaüdlər artırılır, sosial-müdafiə tədbirləri görülür.Tədbir digər çıxışlarla davam edib. Sebuhi Yunan2.jpg 181.97 KBSebuhi yunan 3.jpg 273.52 KB
14.03.2023
Qaradağ rayonunda qadın müəllimlərə hədiyyələr verilib
ATİAHİ Qaradağ rayon komitəsi 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib.Tədbirdə rayon məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin qadın müəllimləri iştirak ediblər.Çıxışlar zamanı Azərbaycan qadınlarının Vətənə və dövlətə sədaqətindən, ailəsinə verdiyi dəyərlərdən, cəmiyyətimizdə rolundan danışılıb. Bildirilib ki, Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayır. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan verib.Sonda qadın iştirakçılara hədiyyələr təqdim olunub.15.JPG 192.78 KB2.JPG 228.63 KB5.JPG 237.24 KB11.JPG 224.89 KB13.JPG 223.02 KB
10.03.2023
Qaradağ rayonunda bayram şənliyi təşkil olunub
Qaradağ rayonunda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi keçirilib.ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə baş tutan şənlikdə rayonun qadın müəllimləri və şəhid ailələrinin xanım üzvləri iştirak ediblər.Tədbirdə çıxış edənlər qadınlara təbriklərini çatdırıb, onların Vətənə məhəbbətindən, dövlətə sədaqətindən, ölkəmizin idarəçiliyində iştiraklarından, onların fədakar əməyindən bəhs ediblər.Tədbirdə şagirdlərin ifasında şeirlər və musiqilər səslənib, rəqslər edilib.Sonda qadın iştirakçılara hədiyylər paylanılıb.WhatsApp Image 2023-03-07 at 16.08.22.jpeg 140.65 KBWhatsApp Image 2023-03-07 at 16.08.20 (1).jpeg 149.06 KBWhatsApp Image 2023-03-07 at 16.08.20.jpeg 151.53 KBWhatsApp Image 2023-03-07 at 16.08.19 (1).jpeg 179.27 KBWhatsApp Image 2023-03-07 at 16.08.20 (2).jpeg 194.12 KBWhatsApp Image 2023-03-07 at 16.08.21.jpeg 179.62 KBWhatsApp Image 2023-03-07 at 16.08.22 (2).jpeg 200.9 KBWhatsApp Image 2023-03-07 at 16.08.18.jpeg 191.32 KBWhatsApp Image 2023-03-07 at 16.21.12.jpeg 179.65 KBWhatsApp Image 2023-03-07 at 16.23.02.jpeg 111.78 KB
10.03.2023
Qaradağ rayonunda “Xocalı - qan yaddaşım!” adlı tədbir keçirilib
Qaradağ rayon 321 №-li tam orta məktəbdə “Xocalı - qan yaddaşım!” adlı görüş keçirilib.ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə məktəbin rəhbərliyi və kollektivi, Dövlət Sərhət Xidmətinin “N” saylı hərbi hissəsinin zabitləri iştirak ediblər.Tədbirdə çıxış edən məktəbin direktoru K.Hüseynova, ilk həmkarlar ittifaqının sədri G.Nurəddinova, məktəbin hərbi rəhbəri, Qarabağ müharibəsi iştirakçısı A.Verdiyev Xocalı faciəsindən, erməni təcavüzündən, törədilən terror aktlarından danışıblar.Vurğulanıb ki, Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb və xatırlanıb. Artıq Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb.Bildirilib ki, Azərbaycan xalqı heç zaman Xocalı qurbanlarını unutmayacaq, daim yad edəcək.Tədbirdə şagirdlərin ifasında soyqırımına həsr edilmiş səhnəciklər izlənilib və şeirlər dinlənilib. WhatsApp Image 2023-02-27 at 14.12.25.jpeg 158.9 KBWhatsApp Image 2023-02-27 at 14.13.06.jpeg 98.43 KB
01.03.2023
Qaradağ rayonunda AHİK-in yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir təşkil olunub
Qaradağ rayon Cabbar Qaryağdıoğlu adına 9 №-li musiqi məktəbində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 30 illiyi ilə əlaqədar tədbir keçirilib.ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayon məktəblərinin fəal həmkarlar ittifaqı üzvləri, o cümlədən məktəblərin HİK sədrləri iştirak ediblər.Rayon komitəsinin sədri Z.Rzayeva AHİK-in yaranmasından, keçdiyi inkişaf yolundan, funksiyalarından, əldə etdiyi nailiyyətlərdən, vətəndaş cəmiyyətinin inkişafında xidmətlərindən, beynəlxalq əlaqələrindən danışıb.Digər çıxış edənlər həmkarlar ittifaqlarının ölkəmizin ictimai həyatında rolundan, şəhid ailələrinə diqqət və qayğısından, sosial layihələrindən söz açıblar.Çıxışların ardından rayon komitəsi tərəfindən HİK sədrləri fəxri fərmanla təltif olunub.Tədbir musiqi məktəbinin şagirdlərinin hazırladığı konsert proqramı ilə davam edib.WhatsApp Image 2023-02-27 at 15.12.38.jpeg 100.32 KBWhatsApp Image 2023-02-27 at 15.12.39.jpeg 91.63 KBWhatsApp Image 2023-02-27 at 15.12.39 (1).jpeg 141.67 KB
01.03.2023
ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib
Fevralı 28-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib.İclasa ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev sədrlik edib.Gündəliyə 2022-ci ildə “ATİAHİ Respublika Komitəsində və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “ATİAHİ Respublika Komitəsinin 2022-ci ilə dair ümumi illik statistik hesabatının təsdiqi barədə”, “2022-ci ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə” və digər məsələlər daxil edilib.Gündəliyə daxil edilən məsələlərin hər biri ilə bağlı ətraflı məlumat verilib və müvafiq qərarlar qəbul edilib.Sonda Səttar Möhbalıyev Rəyasət Heyəti üzvlərinə bir sıra tövsiyə və tapşırıqlarını verib.3 (7).jpg 87.42 KB2 (8).jpg 238.47 KB1 (9).jpg 87.89 KB
28.02.2023
“Nə? Harada? Nə zaman?” intellektual oyunu və futzal yarışının qalibləri mükafatlandırılıb
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş ənənəvi “Nə? Harada? Nə zaman?” intellektual oyunu, futzal yarışı və “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə çıxış edən ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, Komitə 10 ildən artıqdır ki, ali məktəb tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə həmkarlar ittifaqı kuboku uğrunda turnir və futzal yarışları təşkil edir: “Bu tədbirlərin iştirakçıları gənclərdir. Belə tədbirlərin təşkilində əsas məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda elmə, savada marağın artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, biliklərini, savadlarını artırmaq, elmin, texnikanın incəliklərinə yiyələnməklə yanaşı, onların layiqli vətəndaş olmalarına töhfə verməkdir”.S.Möhbalıyev qeyd edib ki, gənclərimizin sağlam, savadlı böyüməsi, onların peşəkarlıq səviyyəsinin artırılması, əsl vətəndaş kimi yetişmələri Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir.ATİAHİ Respublika Komitəsinin gənclərlə bağlı fəaliyyətindən danışan S.Möhbalıyev vurğulayıb ki, Respublika Komitəsi tərəfindən hər il müxtəlif festivallar, spartakiadalar, elmi-praktik konfranslar, fənn olimpiadaları, inşa müsabiqələri, idman yarışları keçirilir, gənclərin sosial problemlərinin həlli, istedadlı gənclərin üzə çıxarılması və onların potensial imkanlarının genişləndirilməsi ilə bağlı maraqlı tədbirlər təşkil olunur: “Həmkarlar ittifaqı təşkilatı tərəfindən təşkil olunan bu tədbirlərdə iştirak edən gənclərin sayının hər il əhəmiyyətli dərəcədə artması, onların bu tədbirlərə göstərdiyi maraq bizi gələcəkdə bu istiqamətdə təşkil olunan tədbirlərin sayının artırılmasına, əhatə dairəsinin genişləndirilməsinə ruhlandırır”.S.Möhbalıyev həmçinin əlavə edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib və bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları tədbirlər planı hazırlayıblar.Sonda qaliblər mükafatlandırılıb. Onlara fəxri fərman və qiymətli hədiyyələr verilib.332809542_486108920224946_3555623642172832650_n.jpg 680.1 KB331573922_870549457348526_4877070994543897707_n.jpg 1.84 MB328128228_785071379617225_4765490506587807719_n.jpg 722.91 KB332111062_3477609005899628_1588052700684825073_n.jpg 1.53 MB333203046_911206230305386_8290984335460044205_n.jpg 772.77 KB332892889_1342803263165647_4927506040577235171_n.jpg 644.23 KB332153452_516297527359836_4346304560906049937_n.jpg 1.92 MB332150705_1498649543876778_2141098020000349615_n.jpg 1.74 MB
27.02.2023
Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media qurumları, ağsaqqallar və veteranlar təşkilatlarından 250 nümayəndə Naxçıvana səfər edib.Səfər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeydə Ulu Öndərin zəngin həyat yolu və fəaliyyəti barədə geniş məlumat verilib.Səfər çərçivəsində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Heydər Əliyev İli” ilə əlaqədar “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.Tədbirdə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirələri bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.Konfransda çıxış edən Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə gördüyü işlər respublikamızın iqtisadi qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Fikir plüralizmi, vətəndaş cəmiyyəti quruculuğu, sosial rifah, sistemli hüquqi islahatlar Ulu Öndərin fəaliyyətinin əsas prioritetləri olub.Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək vətəndaş cəmiyyətinin təşəkkülündə və ölkənin əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidməti olduğunu vurğulayıb. Bildirib ki, məhz onun müəllifliyi və təşəbbüsü ilə 1995-ci ildə qəbul edilən yeni və müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Bununla da hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda Heydər Əliyev ideyalarının təməl prinsiplərindən olan vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Konstitusiyanın qəbul edilməsi həm də ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının yaranmasına, formalaşmasına şərait yaratdı.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxışında bildirib ki, ölkəmizdə müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır: “Ümummilli Lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarının möhkəmləndirilməsi ilə yanaşı, güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də prioritet istiqamət kimi müəyyənləşdirdi. Onun vətəndaş cəmiyyətinin formalaşdırılması üçün atdığı ilk addımlardan biri həmkarlar ittifaqlarının fəaliyyətinin təminatı olmuşdur. 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar İttifaqları Haqqında” Qanun qəbul edildi. Qanun həmkarlar ittifaqlarının cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaratmış oldu. Bununla da təşkilatın fəaliyyəti genişləndi, əvvəlki nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı, qeyri-hökumət təşkilatı kimi qarşısında sərbəst və müstəqil imkanlar açıldı”.AHİK sədri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev vətəndaşların sərbəst fəaliyyətinə, öz mövqelərini azad ifadə etməsinə, vətəndaş cəmiyyətinin formalaşdırılmasına xüsusi diqqət və qayğı ilə yanaşır.Onun sözlərinə görə, vətəndaş cəmiyyəti institutlarından biri olan Azərbaycan həmkarlar ittifaqları səlahiyyətləri çərçivəsində bütün problemlərin həllini hökumətlə sosial dialoqda görür: “AHİK hakimiyyətin bütün strukturları ilə əməkdaşlıq və sosial tərəfdaşlıq prinsipləri əsasında işləyir. Hər iki ildən bir hökumət, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Baş Kollektiv Saziş imzalanır. Həmkarlar ittifaqı təşkilatları Baş Kollektiv Sazişə istinad edərək əməkçilərin sosial-iqtisadi hüquqlarının qorunması, kütləvi işsizliyin qarşısının alınması və s. vəzifələrin yerinə yetirilməsində qarşıya çıxan maneələri dəf edə bilir”.S.Möhbalıyev qeyd edib ki, Azərbaycan həmkarlar ittifaqları ölkəmizin ictimai həyatında fəal iştirak etməklə Prezident İlham Əliyevin ölkənin iqtisadi inkişafının möhkəmləndirilməsi, əhalinin maddi rifahının yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi, ümumilikdə, sosial problemlərin həlli isiqamətində apardığı uğurlu siyasətini dəstəkləyir.Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri Vahid Novruzov, 44 günlük Vətən müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlıların Qaziləri Birliyinin sədri Bəhruz Məmmədzadə, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfərova və Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin çıxışlar ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı işlər barədə ətraflı söz açılıb. Vurğulanıb ki, belə bir mötəbər tədbirin Ulu Öndər Heydər Əliyevin doğulduğu Naxçıvanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır.Konfransdan sonra qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəzdə bronxial astma, əsəb, qaraciyər və öd yolları, revmatoloji və başqa xəstəlikləri olan vətəndaşlar qəbul edilir və onlar səmərəli fizioterapevtik müalicə prosedurlarından keçirlər. Müalicə prosesi tam təbii üsullarla aparılır.Daha sonra Naxçıvan şəhəri, eləcə də Möminə Xatun türbəsi ilə tanışlıq olub.6..jpeg 193.07 KB5-3.jpg 23.37 KB4.jpeg 153.45 KB1 (1).jpeg 391.95 KB7.jpeg 98.24 KB2 (1).jpeg 72.12 KB
22.02.2023
AHİK-in 30 illik yubiley tədbiri keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaradılmasının 30-cu ildönümü münasibətilə AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların rəhbərləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.Sonra Şəhidlər xiyabanına gələn həmkarlar ittifaqlarının kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.Daha sonra AHİK-in yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.Tədbirdə ölkəmizin dövlət və hökumət rəsmiləri, həmçinin Beynəlxalq Həmkarlar ittifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Beynəlxalq Əmək Təşkilatının, Avrasiya Qida Meşə və Turizm İşçiləri Federasiyasının rəhbərliyi, eləcə də Türkiyə, Gürcüstan, Litva, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Bolqarıstan, Malavi, İordaniya, İsrail, Albaniya, Moldova, Norveç, Rusiya, Serbiya və Zambiyanın həmkarlar ittifaqları sədrləri və nümayəndələri iştirak ediblər.Öncə AHİK-in 30 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik oxunub.Ardınca Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi naminə şəhid olmuş oğul və qızlarımızın, həyatını itirmiş həmkarlar ittifaqı liderlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək tədbir iştirakçılarını və Azərbaycan həmkarlar ittifaqlarının bütün üzvlərini yubiley münasibətilə təbrik edib, həmkarlar ittifaqlarının tarixindən, keçdiyi inkişaf yolundan, AHİK-in yaranmasından, ölkəmizin ictimai həyatında rolundan və əhəmiyyətindən danışıb. Bildirib ki, 1993-cü il fevralın 5-də keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü: “Bu elə bir dövrdə baş verdi ki, həmkarlar ittifaqlarının sanatoriyalarını, hətta inzibati binasını əlindən almağa çalışırdılar. Yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev imzaladığı müvafiq fərman və sərəncamla həmkarlar ittifaqlarının üzləşdiyi çətinlikləri aradan qaldırdı. 1994-cü ildə Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Beləliklə, qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaranmış oldu”.1-1.jpg 229.87 KB2-2.jpg 175.79 KB3-1.jpg 235.11 KB4-1.jpg 209.51 KB5-1.jpg 167.24 KB6.jpg 168.56 KB7.jpg 150.47 KB8.jpg 178.64 KB9.jpg 238.98 KB10.jpg 76.06 KB
08.02.2023
Azərbaycan Prezidenti İlham Əliyev AHİK-in 30 illiyinə həsr edilmiş tədbirin iştirakçılarına məktub ünvanlayıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarınaHörmətli yığıncaq iştirakçıları!Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar səmimi-qəlbdən salamlayır və təbrik edirəm. 1993-cü ildə yaradılmış Konfederasiya öz sıralarında çox sayda həmkarlar ittifaqı təşkilatını birləşdirərək bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin mühüm institutlarından birinə çevrilmişdir. Ötən müddət ərzində qurum həmkarlar ittifaqı hərəkatının ən yaxşı ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə çalışmış, sosial tərəfdaşlığın səmərəliliyinin artırılması üçün əməli işlər görmüşdür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sıralarında yer alan bir milyondan çox ittifaq üzvünün əmək və sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsinin təşkilində, əmək münasibətlərinin tənzimlənməsində və ictimai sabitliyin qorunmasında əhəmiyyətli rol oynayır. Konfederasiya 44 günlük Vətən müharibəsi zamanı, habelə bütün dünyanı bürümüş COVID-19 pandemiyası dövründə də dövlətimizin yanında olaraq ümumi işə dəstək vermişdir.Müasir inkişafın reallıqları və bu günün çağırışları Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyətində əsaslı dəyişikliklərin aparılmasını, dünya təcrübəsindən faydalanaraq işlərinin yenidən qurulmasını labüd edir. Bu mərhələdə həmkarlar ittifaqlarının hüquqlarının ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilməsi və məhdudlaşdırılmaması ən vacib məsələlərdən biridir. Eyni zamanda ölkə iqtisadiyyatının surətli inkişafı Azərbaycanın həmkarlar ittifaqlarından yeni yaradılmış iş yerlərində işçilərin əmək hüquqlarının qorunmasında və sosial problemlərinin həllində əzmkarlıq və qətiyyətli addımlar atmasını tələb edir. Dövlət orqanları və işəgötürənlər birlikləri bu sahədə Konfederasiya ilə sosial tərəfdaşlığı gücləndirməli və onunla imzalanmış Baş Kollektiv Sazişin yerinə yetirilməsini təmin etməlidirlər.Hörmətli yığıncaq iştirakçıları!İnanıram ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dövlət orqanları və işəgötürən birlikləri ilə birgə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması və cəmiyyətin ahəngdar inkişafı istiqamətində bundan sonra da səylər göstərəcəklər. Sizi bir daha ürəkdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram.İlham Əliyev,Azərbaycan Respublikasının PrezidentiBakı şəhəri, fevral 2023-cü il
07.02.2023
Qaradağ rayonunda təhsil işçiləri arasında voleybol yarışı keçirilib, qaliblər mükafatlandırılıb
ATİAHİ Qaradağ rayon komitəsi 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar bir sıra tədbirlər keçirib.Belə ki, rayonun 110 və 321 №-li tam orta məktəblərində gənc müəllimlər arasında voleybol yarışı keçirilib.Həmçinin rayon komitəsinin təşkilatçılığı ilə Gənclər Günü və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illik yubileyi münasibətilə Qaradağ rayonun təhsil müəssisələrinin işçiləri arasında keçirilən voleybol turniri başa çatıb.Gərgin və maraqlı anları ilə yadda qalan yarışda 1-ci yeri 106 №-li, 2-ci yeri 180 №-li, 3-cü yeri isə 320 №-li məktəbin komandası qazanıb.Qaliblər rayon komitəsi tərəfindən mükafatlandırılıb.WhatsApp Image 2023-01-30 at 15.14.03.jpeg 102.86 KBWhatsApp Image 2023-02-01 at 16.17.36 (1).jpeg 147.69 KBWhatsApp Image 2023-02-01 at 16.19.23.jpeg 144.26 KBWhatsApp Image 2023-02-01 at 16.18.12.jpeg 151.73 KBWhatsApp Image 2023-02-01 at 16.18.33.jpeg 152.9 KBWhatsApp Image 2023-02-01 at 16.17.36.jpeg 147.69 KBWhatsApp Image 2023-02-01 at 16.16.50.jpeg 143 KB
03.02.2023
ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib
Fevralın 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda çıxış edən AHİK sədrinin müavini Cavanşir Alxasov bildirib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib edib və həyata keçirir. Bugünkü tədbirimiz də ATİAHİ Respublika Komitəsi tərəfindən “Heydər Əliyev İli” ilə bağlı təşkil edilən silsilə tədbirlərdən biridir. Konfrans Ulu Öndərin gənclər siyasətinə həsr olunmuşdur. Sonra C.Alxasov Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında xidmətlərindən danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən biri də onun gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində gördüyü işlərdir. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Heydər Əliyev gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi istiqamətində də mühüm addımlar atmışdır. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılmış, qısa vaxtda gənclər siyasətinin əsas konturları müəyyənləşdirilmişdir. 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradılmışdır. 1996-ci il fevralın 2-də gənclərin I Forumu keçirildi. Forumda ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığını vurğuladı. Həmin dövrdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tam hüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən etimadı doğrultmağa çalışması üçün münbit şərait yaradıldı. Ümummilli Liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı Fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edildi. Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qaldırılıb. Bu dəstək və diqqət nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Eyni zamanda onlarda vətənpərvərlik ruhunu formalaşdırıb. Biz 44 günlük Vətən müharibəsi zamanı bunun bir daha şahidi olduq. Gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə dəstək vermək ATİAHİ Respublika Komitəsinin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir. Bu gün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 403484 nəfər ittifaq üzvünü özündə birləşdirir. Onların 187825 nəfərini gənclər təşkil edir. İttifaqımızın tərkibində olan ali məktəblər, kollec, peşə məktəbi və liseylərdə 168105 tələbə təhsil alır, onlardan da 104737 nəfəri ittifaqın üzvüdür. Hər il gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların istedad və qabiliyyətlərinin inkişafı üçün şəraitin yaradılması, gənclərin elmə, təhsilə marağının artırılması, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi, hərbi vətənpərvərlik tərbiyəsi işinin aparılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Tələbə gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə ATİAHİ Respublika Komitəsinin vəsaiti hesabına aztəminatlı təbəqələrdən olan tələbələr üçün pulsuz nahar yeməyi verilir. Bizim bu işləri görməkdə məqsədimiz siz gənclərin asudə vaxtının səmərəli keçirilməsini, pis vərdişlərdən uzaq olmalarını təmin etmək, sizdə elmə, təhsilə maraq yaratmaqdır. Sonra çıxış edən AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərini diqqətə çatdırıb. Qeyd edib ki, Ulu Öndərin həyatı və siyasi fəaliyyəti müasir tariximizdə müstəsna yer tutur, istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin şahidi oluruq. Ümummilli Lider vəzifədə olduğu illərdə dövrün mürəkkəbliyinə və görüləsi işlərinin çoxluğuna baxmayaraq, hər bir işin öhdəsindən layiqincə gəlib. Konfrans digər çıxışlarla davam edib.Konfrans digər çıxışlar ilə davam edib.E21A7267.JPG 3.77 MBE21A7268.JPG 3.51 MBE21A7276.JPG 3.84 MBE21A7279.JPG 3.24 MBE21A7283.JPG 3.01 MBE21A7304.JPG 4.04 MBE21A7309.JPG 3 MBE21A7311.JPG 2.88 MB
01.02.2023
AHİK-də həmkarlar ittifaqlarının veteranları ilə görüş keçirilib
Yanvarın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 30 illik yubileyi ərəfəsində uzun illər həmkarlar ittifaqları sahəsində çalışmış veteranlarla görüş keçirilib.Öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları, o cümlədən veteran həmkarlar işçilərini AHİK-in yaranmasının 30 illiyi münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.Ardınca S.Möhbalıyev Azərbaycan həmkarlar ittifaqlarının inkişaf tarixindən, fəaliyyət istiqamətlərindən, vətəndaş cəmiyyətinin formalaşmasında xidmətlərindən, həmçinin həmkarlar ittifaqlarına Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin göstərdiyi dövlət dəstəyindən bəhs edib.Bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə həmkarlar ittifaqlarının fəaliyyətinə xüsusi diqqət ayırıb, qiymətli tövsiyələrini verib, qurultaylarına məktublar ünvanlayıb. Həmçinin dövlətimizin başçısı cənab İlham Əliyev də daim AHİK-in fəaliyyəti ilə maraqlanır, həyata keçirdiyi sosialyönümlü tədbirlərini təqdir edir, həmkarlar ittifaqı rəhbərlərini və fəallarını mükafatlandırır.AHİK sədri uzun illər həmkarlar ittifaqları sistemində çalışmış işçilərin fəaliyyətini yüksək qiymətləndirib və təsisatın inkişafında səmərəli xidmətlərindən danışaraq onlara təşəkkür edib.Vurğulayıb ki, ölkəmizdə əmək adamlarının sosial problemlərinin həlli, onlar üçün layiqli iş şəraitinin yardılması, əmək münasibətlərinin tənzimlənməsi, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində əldə olunmuş nailiyyətlərdə Sizin zəngin təcrübəniz və peşəkar fəaliyyətiniz əhəmiyyətli rol oynayıb.Qeyd edib ki, yaşadığımız qüdrətli dövlətimizdə vətəndaşlarımızın bütün hüquqları, o cümlədən əmək hüquqları ən yüksək səviyyədə təmin edilir və buna görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq.Çıxış edən veteranlar həmkarlar ittifaqları sistemindəki fəaliyyətlərindən danışıb, ötən günlər xatırlanıb.Sonda AHİK tərəfindən veteranlar mükafatlandırılıb.1-4.jpg 162.96 KB2-4.jpg 151.69 KB3-3.jpg 159.47 KB4-1.jpg 155.59 KB5-1.jpg 169.56 KB6.jpg 129.23 KB
30.01.2023
Qaradağ rayon komitəsində cari ildə görüləcək işlər müzakirə olunub
ATİAHİ Qaradağ rayon komitəsi ilk həmkarlar ittifaqı komitələrinin sədrləri ilə görüş keçirib.Görüşdə ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələr, o cümlədən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaradılmasının 30 illiyi münasibəti ilə keçiriləcək tədbirlərə hazırlıq, 2 Fevral - Gənclər Gününün qeyd edilməsi, “Heydər Əliyev İli” çərçivəsində görüləcək işlər müzakirə olunub.Tədbirdə həmçinin geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, sədrlərə müvafiq təlimatlar verilib.
30.01.2023
Bizimlə əlaqə