ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə ittifaq üzvləri və məktəblilər 8 Noyabr - Zəfər Günü Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.
Şəhid məzarlarının üzərinə güllər düzülüb, əziz xatirələri dərin ehtiramla yad edilib.
Ziyarət zamanı şagirdlərə Ermənistanın təcavüzkar siyasəti, dövlət səviyyəsində dəstəklənən terror aktları, soyqırımları haqqında məlumat verilib, 44 günlük Vətən müharibəsində Azərbaycanın əsgər və zabitlərinin keçdiyi şanlı döyüş yolundan danışılıb.