Uşaqların Beynəlxalq Müdafiəsi Günü Qaradağda qeyd olunub

ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayonda bayram tədbiri keçirilib.
Tədbirdə çıxış edənlər bildirib ki, bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyənləşdirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.
Tədbir şagirdlərin və bağça uşaqlarının hazırladıqları kompozisiyalarla davam edib. Təqdim olunan şou-proqramlar azyaşlıların sevincinə səbəb olub. Eləcə də təşkil olunan səhnəciklər, istedadlı balaca ifaçıların təqdimatında vətənpərvər ruhlu nəğmələr balacalara xoş anlar bəxş edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo