Qaradağda qadınlar bayramı münasibətilə şənlik təşkil olunub
ATİAHİ Qaradağ rayon komitəsi tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi keçirilib. Tədbirdə rayonun təhsil işçiləri iştirak ediblər.
Çıxış edənlər bildirib ki, Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr veriblər. Onlar dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı, döyüş meydanlarında da şücaət göstəriblər. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Şənlikdə həmçinin uşaq bağçaları-körpələr evinin uşaqları şeirlər səsləndirib, rəqs proqramları ilə çıxışlar ediblər. Eləcə də iştirakçılar bayram süfrəsi arxasında konsert proqramı dinləyiblər.