ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Təhsil İnstitutunun böyük elmi işçisi Günay Quliyeva, 7 №-li UGİM-in dərnək rəhbərləri, məktəb psixoloqları iştirak ediblər.
Öncə gənclərlə işləyən müəssisələr üçün narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işinin təşkili barədə videoçarx nümayiş olunub.
Sonra çıxış edənlər narkomaniyanın doğurduğu faciələr, narkotiklərin cəmiyyətə və insanların sağlamlığına ziyanı və yaratdığı ciddi sosial problemlər, narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması barədə danışıblar. Həmçinin gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu bildirilib.