Üzvlərinin səmərəli və mənalı istirahəti, sağlamlıqlarının qorunması həmkarlar ittifaqlarının ümdə vəzifələri sırasındadır. Bu məqsədlərlə hər il on minlərlə ittifaq üzvlərinə istirahət evlərinə və sanatoriyalara getmək üçün yollayışlar verilir. Bundan başqa, həmkarlar ittifaqları ölkəmizin səfalı və turistlər üçün cəlbedici guşələrinə bir günlük səfərlər təşkil edir, üzlərin rahat dincəlməsi naminə hər cür şəraiti yaradırlar.
ATİAHİ Qaradağ rayon komitəsi də bu məqsədlərlə müntəzəm olaraq təhsil işçiləri üçün turlar təşkil edir. Növbəti səfər zamanı ittifaq üzvləri getdikləri rayonların gəzməli-görməli yerlərində olub, gözəl və əsrarəngiz təbiət mənzərələrini seyr edib rahat dincəliblər.
Komitədən bildirilib ki, bundan sonra da ittifaq üzvlərinin istirahəti üçün bütün zəruri tədbirlər görüləcək.