Zümrüd Rzayeva Qaradağ rayon komitəsinin sədri seçilib

ATİAHİ Qaradağ rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib.
Yığıncaqda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, YAP rayon təşkilatının sədri Qafar Əliyev və ittifaq üzvləri iştirak ediblər. Öncə iştirakçılar rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra rayon komitəsinin sədri Zümrüd Rzayevanın 2017-2023-cü illər ərzində görülən işlər, həyata keçirilən layihələr barədə hesabatı dinlənilib. Məruzə ətrafında ilk həmkarlar ittifaqı sədrləri də fikirlərini bölüşüb, rəy və təkliflərini səsləndiriblər. Hesabat ittifaq üzvləri tərəfindən müsbət qarşılanıb və qənaətbəxş hesab olunub.
Tədbirdə həmçinin komitənin yeni tərkibi formalaşıb, Zümrüd Rzayeva yekdilliklə yenidən rayon komitəsinin sədri seçilib.
Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə Zümrüd Rzayevaya gələcək fəaliyyətində uğurlar arzulayıb və bir sıra tövsiyələrini səsləndirib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo