Qaradağ rayonunda təhsil işçiləri arasında voleybol yarışı keçirilib, qaliblər mükafatlandırılıb

ATİAHİ Qaradağ rayon komitəsi 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar bir sıra tədbirlər keçirib.
Belə ki, rayonun 110 və 321 №-li tam orta məktəblərində gənc müəllimlər arasında voleybol yarışı keçirilib.
Həmçinin rayon komitəsinin təşkilatçılığı ilə Gənclər Günü və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illik yubileyi münasibətilə Qaradağ rayonun təhsil müəssisələrinin işçiləri arasında keçirilən voleybol turniri başa çatıb.
Gərgin və maraqlı anları ilə yadda qalan yarışda 1-ci yeri 106 №-li, 2-ci yeri 180 №-li, 3-cü yeri isə 320 №-li məktəbin komandası qazanıb.
Qaliblər rayon komitəsi tərəfindən mükafatlandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo