ATİAHİ Qaradağ rayon komitəsi 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib.
Tədbirdə rayon məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin qadın müəllimləri iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycan qadınlarının Vətənə və dövlətə sədaqətindən, ailəsinə verdiyi dəyərlərdən, cəmiyyətimizdə rolundan danışılıb. Bildirilib ki, Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayır. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan verib.
Sonda qadın iştirakçılara hədiyyələr təqdim olunub.