Qaradağ rayonunda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi keçirilib.
ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə baş tutan şənlikdə rayonun qadın müəllimləri və şəhid ailələrinin xanım üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər qadınlara təbriklərini çatdırıb, onların Vətənə məhəbbətindən, dövlətə sədaqətindən, ölkəmizin idarəçiliyində iştiraklarından, onların fədakar əməyindən bəhs ediblər.
Tədbirdə şagirdlərin ifasında şeirlər və musiqilər səslənib, rəqslər edilib.
Sonda qadın iştirakçılara hədiyylər paylanılıb.