Qaradağ rayon Cabbar Qaryağdıoğlu adına 9 №-li musiqi məktəbində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 30 illiyi ilə əlaqədar tədbir keçirilib.
ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayon məktəblərinin fəal həmkarlar ittifaqı üzvləri, o cümlədən məktəblərin HİK sədrləri iştirak ediblər.
Rayon komitəsinin sədri Z.Rzayeva AHİK-in yaranmasından, keçdiyi inkişaf yolundan, funksiyalarından, əldə etdiyi nailiyyətlərdən, vətəndaş cəmiyyətinin inkişafında xidmətlərindən, beynəlxalq əlaqələrindən danışıb.
Digər çıxış edənlər həmkarlar ittifaqlarının ölkəmizin ictimai həyatında rolundan, şəhid ailələrinə diqqət və qayğısından, sosial layihələrindən söz açıblar.
Çıxışların ardından rayon komitəsi tərəfindən HİK sədrləri fəxri fərmanla təltif olunub.
Tədbir musiqi məktəbinin şagirdlərinin hazırladığı konsert proqramı ilə davam edib.