Qaradağ rayonunda təcrübəli təhsil işçisinin 65 illik yubileyi qeyd edilib


16 №-li Bakı Peşə Liseyinin direktoru Şakir Hüseynovun 65 illik yubileyi münasibətilə tədbir keçirilib. ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Liseyin rəhbərliyi və müəllimləri iştirak ediblər. Çıxış edənlər Şakir müəllimin mənalı ömür yolundan, uğurlu pedaqoji fəaliyyətindən, nümunəvi davranışlarından, rəhbərlik etdiyi təhsil ocağının nailiyyətlərindən, ölkə təhsilinin inkişafına verdiyi mühüm töhfələrdən danışıblar.

Ş.Hüseynov onun ünvanına deyilən xoş sözlərə görə təşəkkür edib, görüşün təşkilatçılarına minnətdarlığını bildirib. Vurğulayıb ki, bundan sonra da ölkə təhsilinin inkişafı naminə səylə çalışacaq, gənclərin müxtəlif peşələrə mükəmməl yiyələnməsi üçün əlindən gələni edəcək.

Sonda rayon komitəsi tərəfindən yubiliyara müxtəlif hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo