Qaradağ rayon Neftçi Qurban adına 288 №-li tam orta məktəbdə Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olmuş kapitan Ceyhun Əhmədxanovun xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə şəhidin ailə üzvləri və yaxınları, iş yoldaşları, məktəbin kollektivi iştirak ediblər.
ATİAHİ Qaradağ rayon komitəsinin sədri Z.Rzayeva, məktəbin ditektoru T.Quliyev və müəllimlər çıxış edərək ölkəmizdə şəhidlərə olan ali münasibətdən, onların ailə üzvlərinə dövlətimizin diqqət və qayğısından danışıblar. Şəhidin iş yoldaşları Ceyhunun intizamlı xidmətindən, Vətənə, dövlətə sədaqətindən, nümunəvi davranışlarından söz açıblar.
Tədbirdə məktəbin şağirdləri ədəbi-bədii kompozisiya ilə çıxışları ediblər.
Şəhidin anası, məktəbin ibtidai sinif müəllimi Rəqiybə xanım şəhidlərimizə, o cümlədən onun oğluna göstərilən münasibətə görə, bütün iştirakçılara, eləcə də təşkilatçılara təşəkkür edib.