Qaradağ rayonunda məktəbəqədər təhsil müəssisələrinin ilk həmkarlar ittifaqı sədrlərinin iştirakı ilə seminar keçirilib.
ATİAHİ Qaradağ rayon komitəsi tərəfindən təşkil edilmiş seminarda iştirakçılara sənədləşmə işinin aparılması qaydası izah edilib, 2023-cü ilin iş planının hazırlanması tövsiyə olunub, şəhid və aztəminatlı ailələrə, həmçinin qazi və veteranlara diqqətin artırılması bildirilib.
Seminarda geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, iştirakçıların sualları cavablandırılıb.