Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2022-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Gününü “Pozitiv, təhlükəsiz və sağlam həyat mədəniyyəti üçün birgə fəaliyyət” devizi ilə qeyd etməyi tövsiyə edib.
Bununla əlaqədar ATİAHİ Qaradağ rayon komitəsi tabeliyində olan üzv təşkilatlar ilə qeyd olunan mövzuda mütəxəssislərin iştirakı ilə yığıncaqlar keçirib.
Rayon komitəsinin sədri Z.Rzayeva və dəvət olunmuş SƏTƏMM və KN xidmətinin mühəndisi Məhəmməd Məcidov çıxışlarında iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik qaydalarına əməl edilməsi, işçilərin sağlamlığının qorunması və digər məsələlər barədə iştirakçılara məlumatlar veriblər.
Sonda iştirakçıların sualları cavablandırılıb, rəy və təklifləri dinlənilib, geniş fikir mübadiləsi aparılıb.