Qaradağ rayonunun təhsil işçilərinin istirahəti səmərəli təşkil edilib

ATİAHİ Qaradağ rayon komitəsi hər zaman ittifaq üzvlərinin istirahətinin mənalı şəkildə keçirilməsini diqqətdə saxlayır, bu istiqamətdə müxtəlif addımlar atır.
Ənənənin davamı olaraq komitə tərəfindən rayonun məktəbəqədər təhsil müəssisələrinin və 7 №-li UGİM-in ittifaq üzvlərinin asudə vaxtı səmərəli təşkil edilib. Belə ki, həmin təhsil işçilərinin Qəbələ rayonuna səfəri baş tutub. Qış turizimi üçün əlverişli olan Qəbələdə ittifaq üzvləri gəzməli-görməli yerlərə aparılıb, yağan qarın fonunda əyləncələr təşkil edilib, fotolar çəkdirilib. Həmçinin onlar üçün məşhur istirahət mərkəzlərindən birində süfrə açılıb, yerli mətbəxin təamlarına qonaq ediliblər.
Müəllimlər onların istirahəti üçün yaradılmış şəraitdən razı qaldıqlarını bildirib və bunun üçün təşkilatçılara təşəkkür ediblər.
WhatsApp Image 2023-01-11 at 14.11.59.jpeg 229.9 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo