Qaradağda Novruz tədbiri keçirilib

Martın 19-da Novruz bayramı münasibətilə Qaradağ rayonunun orta təhsil müəssisələrində çalışan Birinci və İkinci Qarabağ savaşının iştirakçıları, şəhid ailələri və qazilərlə görüş keçirilib.

ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Milli Məcilisin deputatı Səbinə Xasıyeva, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, şöbə müdiri Rüstəm Nəzirov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə Novruz bayramının tarixindən, adət-ənənələrindən söz açılıb. Bildirilib ki, son iki ildir xalqımız bayramı tam fərqli bir əhval-ruhiyyədə keçirir, belə ki, tarixi Zəfərimiz bu bayrama yeni rəng qatdı. Vurğulanıb ki, qələbəmizin əsas təmintaçısı və bizə bu sevinci bizə bəxş edən qəhrəman oğullarımızdır və onları heç vaxt unutmaq olmaz.

Sonda iştirakçılara bayram sovqatları təqdim olunub.  

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo