ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə rayonun 273 saylı məktəbində 60 və 65 yaşı tamam olmuş təhsil işçiləri üçün yubiley tədbiri keçirilib. Tədbirdə ATİAHİ Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva, məktəb rəhbərliyi və ittifaq üzvlərı çıxış edərək yubiley yaşı tamam olan müəllimlərin təhsil sahəsindəki xidmətlərini qeyd ediblər. Rayon komitəsi adından yubliyarlara Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edilib.