İyunun 20-də ATİAHİ Qaradağ rayon komitəsinin xidmətində olan təhsil müəssisələrində sağlam həyat tərzinin təbliği, narkomanlığın zərəri ilə bağlı maarifləndirmə işinin genişləndirilməsi məqsədilə tədbirlər keçirilib.
Tədbirlər rayonun 233, 166,106, 139, 288, 228 №-li məktəblərində təşkil olunub. Görüşdə Qaradağ Rayonun Polis İdarəsinin Narkotiklə mübarizə bölməsinin əməkdaşı Ruslan Əhmədov və azyaşlılar üzrə bölmənin rəisi Ramil Hacıyev, həmçinin məktəblərin həmkarlar təşkilatlarının sədrləri iştirak ediblər.
Görüşdə bildirilib ki, gənclərimizi, uşaqlarımızı bu bəladan uzaq tutmalıyıq. Onlarla söhbətlər aparmaq, “ağ ölüm”ün fəsadlarından danışmaq və bu qəbildən müəyyən tədbirlər görmək və məsləhətlər vermək vacibdir. Qeyd olunub ki, gənclərimizi bu istiqamətdə düzgün maarifləndirsək, əlbəttə, bu bəladan uzaq durar və ətrafını da “ağ ölüm”dən qorumağa çalışar.