ATİAHİ Qaradağ rayon komitəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Vətənimizi Heydər Əliyev kimi sevək” mövzusunda yığıncaq keçirib.
Tədbirdə rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin bir qrup zabiti, rayonun təhsil işçiləri iştirak ediblər.
Çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın xilaskar oğlu Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, müəllifi olduğu siyasi kursdan, azərbaycançılıq məfkurəsindən, daxili və xarici siyasətindən, dövlət quruculuğu strategiyasından danışıblar.
Bədii hissədə rayonun 228 №-li məktəbin şağirdləri Ulu Öndərə həsr edilmiş şeirlər səsləndirib, mahnılar ifa ediblər.
Sonda bir qrup fəal ittifaq üzvü rayon komitəsi tərəfindən fəxri fərmanla təltif olunub.