Qaradağda təhsil işçisi olan şəhid ailələrinin üzvləri üçün tur təşkil edilib

 ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə rayonun təhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvləri və müharibə veteranlarının bir qrupu üçün Qəbələ rayonuna gəzinti təşkil olunub. Səfər zamanı öncə rayondakı Şəhidlər xiyabanı ziyarət olunub, məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Sonra müəllimlər rayonun mənzərəli yerlərinə baş çəkib, ərazini seyr edib, fotolar çəkdiriblər. İstrahət mərkəzində yerləşdirilən iştirakçılar üçün süfrə açılıb, yerli mətbəxən ləziz təamlarına qonaq ediliblər. Təhsil işçiləri onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo