Qaradağda təhsil işçilərinə dövlətimizin qayğısından danışılıb

AHİK-in üzv təşkilatı ATİAHİ RK Qaradağ rayon komitəsi təhsil işçilərinin iştirakı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirib.
Rayonun Heydər Əliyev Mərkəzdə baş tutan tədbirdə Milli Məclisin deputatı Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev də iştirak edib.
Çıxış edənlər Ümumilli Lider Heydər Əliyevin müəllim dadına olan hörmətindən, dövlətimizin təhsil siyasətindən və təhsil işçilərinə göstərilən diqqət və qayğıdan danışıblar.
Sonda rayon komitəsi tərəfindən müəllimlərə fəxri fərman və qiymətli hədiyyələr verilib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo