8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə tədbir təşkil olunub.
Rayon məktəblərinin qadın müəllimlərinin iştirak etdiyi tədbirdə qadınların cəmiyyətdə rolundan, ölkəmizin inkişafında xidmətlərindən, dövlətimizin qadın siyasətindən danışılıb. Bildirilib ki, Azərbaycan qadınları tarix boyu fədakarlığı ilə fərqlənib, xüsusilə İkinci Qarabağ savaşında bütün dünya onların iradəsinə şahid oldu. Vurğulanıb ki, bu gün qadınlar cəmiyyətimizin əsas aparıcı hissəsi kimi ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayır.
Sonda qadın müəllimlərə hədiyyələr təqdim olunub.