ATİAHİ Qaradağ rayon komitəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə rayonun Heydər Əliyev mərkəzində qabağcıl qadın təhsil işçiləri ilə görüş keçirib.
Görüşdə Milli Məclisin deputatları - Səbinə Xasayeva, Aydın Hüseynov, Təhsil sektorunun əməkdaşları və rayonun pedaqoji ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın qorunmasında, dövlətimizin və cəmiyyətimizin inkişafında qadınların rolundan, görkəmli qadın şəxsiyyətinin yüksək ləyaqətindən, ağbirçək analarımızın müdrikliyindən danışıblar. Bildirilib ki, Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Tədbirdə həmçinin Azərbaycan qadınının döyüş meydanlarında qəhrəmanlıqlarından, övladlarının vətəin müdafiəsində rəşadətindən söz açılıb, təbriklər səslənib.
Sonda 115 qadın təhsil işçisinə rayon komitəsi tərəfindən qiymətli hədiyyələr təqdim edilib.