Qaradağda


Qaradağ rayonunun 228 №-li tam orta məktəbində şagirdlərin iştirakı ilə "Narkotik bəşəriyyətin bəlasıdır!"  mövzusunda tədbir keçirilib.

Qaradağ Rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Yaşar İsayev, polis baş leytenantı Cavid Amanov, polis kapitanı Emin Abbasov və ATİAHİ Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva tədbirdə çıxış edərək ən ağrılı problemə çevrilən “ağ ölüm” adlandırılan narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlar barədə məlumat verib, bu bəlanın gənclərin həyatında yaratdığı problemlər, zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən aparılan qətiyyətli tədbirlərdən danışıblar.

Vurğulanıb ki, hər bir yeniyetmə və gəncin inkişafı onun sağlam həyat tərzindən bilavasitə asılıdır. Odur ki, cəmiyyətimizin tərəqqisi, gənclərimizin parlaq gələcəyi üçün bu cür zərərli vərdişlərdən uzaq durmaq mütləqdir.

Sonda məktəblilərin sualları cavablandırılıb, fikirləri dinlənilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo