Qaradağda müəllimlər mükafatlandırılıb

Qaradağ rayonunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Səbinə Xasıyeva, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Qaradağ rayon Yeni Azərbaycan Partiyasının sədri Qafar Əliyev və rayon məktəblərinin müəllimləri iştirak ediblər.
Çıxış edənlər gənc nəslin elmi biliklərə yiyələnməsində, milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında, cəmiyyətimiz və dövlətimiz üçün faydalı yetişməsində müəllimlərin rolundan bəhs ediblər.
ATİAHİ Qaradağ rayon komitəsi rayonun təhsil müəssisələrində çalışan qabaqcıl təhsil işçilərini bayram münasibətilə təbrik edib, 103 müəllimə qiymətli hədiyyələr və Fəxri fərman təqdim edib.
Tədbir bayram konserti ilə davam edib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo