Qaradağda müəllimlər arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş  şahmat yarışı təşkil edilib
ATİAHİ Qaradağ rayon komitəsi Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş şahmat yarışı keçirib.
Rayonun təhsil işçiləri arasında təşkil edilən yarışmanın açılış mərasimində Ulu Öndərin siyasi fəaliyyətindən, sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə respublikamızın inkişaf strategiyasından, müstəqilliyə yol açan addımlarından, həmçinin müasir müstəqil Azərbaycanın qurulmasın istiqamətində gördüyü işlərdən danışılıb.

Çıxışlardan sonra yarışa start verilib. Maraqlı keçən idman yarışının yekununda rayonun 16 №-li Bakı Peşə liseyinin fiziki tərbiyə müəllimi Vaqif Əliyev 1-ci yeri, 233 №-li məktəbin fiziki tərbiyə müəllimi Rafail Abasov 2-ci yeri, 320 №-li məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qafur Zamanov 3-cü yeri qazanıb.

Qaliblər Qaradağ rayon komitəsi tərəfindən mükafatlandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo