Qaradağda ittifaq üzvləri arasında voleybol yarışı keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Qaradağ rayonunun təhsil müəssisələri arasında voleybol turniri keçirilib.

ATİAHİ Qaradağ rayon komitəsi tərəfindən təşkil olunan yarış gərgin və maraqlı anları ilə tamaşaçıların diqqətini çəkib.

Nəticələrə görə I yeri 106 №-li, II yeri 166 №-li, III yeri 110 №-li orta məktəbin ittifaq üzvləri qazanıblar.

Qaliblər rayon komitəsi tərəfindən mükafatlandırılıb.

 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo