Qaradağda daha iki məktəbin həmkarlar ittifaqına yeni sədrlər seçilib


ATİAHİ Qaradağ rayon komitəsinə aid 139 və 110 №-li məktəblərdə hesabat-seçki yığıncaqları keçirilib.

Hər iki tədbirdə rayon komitəsinin əməkdaşları və məktəblərin ittifaq üzvləri iştirak ediblər.

Yığıncaqlarda ilk həmkarlar ittifaqlarının hesabatları dinlənilib, o cümlədən ötən dövr ərzində görülümüş işlər, həyata keçirilmiş layihələr barədə ittifaq üzvlərinə ətraflı məlumat verilib.

Həmçinin məktəblərin həmkarlar ittifaqlarına açıq səsvermə yolu ilə yeni sədrlər seçilib.  

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo