Qaradağ rayonunun təhsil işçiləri mükafatlandırılıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) “Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb.
Mərasimdə Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında təşkil olunmuş voleybol yarışında 3-cü yeri qazanmış Qaradağ rayonunun təhsil işçiləri də iştirak ediblər. Onlara hədiyyə kuponu və diplomlar verilib.
Qeyd edək ki, ATİAHİ RK ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiada, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarış, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadası və orta ixtisas təhsili müəssisələri arasında 3 idman növü üzrə yarış təşkil edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo