ATİAHİ Qaradağ rayon komitəsi bu il də 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib.
Belə ki, komitə rayon təhsil müəssisələrində çalışan 300 yaxın gənc ittifaq üzvünü Gənc Tamaşaçılar Teatrına dəvət edib.
Gənclər teatrda “Balaca kişilər” adlı tamaşaya baxıblar. Teatrdan şən əhval-ruhiyyə və xoş təəssüratlarla ayrılan gənclər onlara göstərilən diqqət və qayğıya görə, təşkilatçılara təşəkkür ediblər.