Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında “Qəhrəman Təhsil İşçiləri” kitabının təqdimat mərasimi olub.
Mərasimdə Qaradağ rayonundan Vətən müharibəsinin 7 veteran təhsil işçisi iştirak edib.
Bildirilib ki, Vətən müharibəsində 760 nəfərdən çox təhsil işçisi döyüşlərə qatılıb. Onlardan 21 nəfəri şəhid olub. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən tərtib olunan “Qəhrəman təhsil işçiləri” kitabı ikinci Qarabağ müharibəsində silaha sarılan təhsil işçilərinə həsr olunub. Kitabın çap edilməsi döyüşlərdə həlak olmuş şəhid təhsil işçilərinin xatirəsinin əbədiləşdirilməsi, müharibədə iştirak etmiş ittifaq üzvlərinin keçdiyi nümunəvi döyüş yolunun gələcək nəsillərə təbliği və onlarda milli vətənpərvərlik hissinin inkişaf etdirilməsi baxımından faydalı olacaq.
Sonda tədbir iştirakçılarına “Qəhrəman Təhsil İşçiləri” kitabı hədiyyə edilib.