Qaradağ rayonunda Zəfər və Dövlət Bayrağı günləri qeyd olunub
Qaradağ rayonu F.Rəfiyev adına 166 №-li məktəb-liseydə 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə müharibə iştirakçıları, qazilər, şəhid ailələri, məktəbin rəhbərliyi və kollektivi iştirak ediblər. 

Çıxış edənlər 44 günlük Vətən müharibəsindən, Azərbaycanın əsgər və zabitlərinin şücaətindən, əsgər analarının dəyanətindən danışıblar. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası Ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən, Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi.

Qeyd olunub ki, bu gün üçrəngli, ay ulduzli bayrağımız Şərqi Zəngəzurda və Qarabağda qürurla dalğalanır.

Tədbirdə çıxış edən müharibə iştirakçıları keçdikləri döyüş yolundan, qazanılan möhtəşəm qələbədən danışıblar.   

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo