Qaradağ rayonunda “N” saylı hərbi hissədə Novruz şənliyi keçirilib

Novruz bayramı münasibətilə Qaradağ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirilib.
ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Milli Məclisin deputatı Səbinə Xasayeva və hərbi hissənin şəxsi heyyəti iştirak ediblər.
Çıxış edənlər Azərbaycan Ordusunun rəşadətindən, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlarından, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən danışıblar.
Tədbirdə hərbi hissə komandirinə, fəal əsgərlərə rayon komitəsi tərəfindən fəxri fərman verilib, bayram sovqatları ilə bəzədilmiş xonçalar təqdim edilib.
Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evinin işçiləri böyük konsert proqramı ilə çıxışlar ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo