Qaradağ rayon komitəsinin əməkdaşları şəhid məzarını ziyarət ediblər

Bəşər tarixində hər bir dövlət, hər bir millət, öz igidləri, şəxsiyyətləri ilə tarixin səhifələrində özünəməxsus iz qoyub. İnsan ömrünü adi bir həyat tərzi kimi yaşaya bilər, heç bir iz qoymadan da dünyadan gedər. Amma elə insanlar var ki, qısa bir ömür yaşayır, lakin unudulmaz əməlləri ilə əbədiyyətə qovuşur. Özündən sonrakı nəsillərə örnək olur, Vətəni, torpağı, milləti bütün insanlara sevdirməyi öyrədir. Bir anda ən böyük qəhrəmana çevrilir, insanlığa örnək olur. Yaşadığı torpağa, el-obaya şərəf gətirir, adı gələndə hamı baş əyir. Belə igidlərdən biri də 30 noyabr 2021-ci il tarixdə Xızıda helikopter qəzasında həlak olmuş Qaradağ rayon sakini, tibb xidməti kapitanı Ceyhun Əhmədxanovdur.
 ATİAHİ Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə Ceyhunun doğum günü münasibətilə onun ikinci Fəxri xiyabanda məzarı ziyarət edilib, məktəblilər Vətənə aid şeirlər səsləndiriblər. Qeyd edək ki, şəhidin anası Rəqiybə Seyidova paytaxtın Neftçi Qurban adına 288 saylı məktəbin ibtidai sinif müəllimidir. R.Seyidova şəhidə və onun ailəsinə göstərilən ehtirama görə, təşkilatçılara minnətdarlıq edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo