Qaradağ rayon komitəsi təhsil müəssisələrində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram şənlikləri təşkil edib
ATİAHİ Qaradağ rayon komitəsi təhsil müəssisələrində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram şənlikləri təşkil edib.

Çıxış edənlər əlamətdar bayramlar münasibətilə iştirakçıları təbrik edib, xoş arzularını çatdırıblar. Bildirilib ki, Həmrəylik Günü milli birliyimizin, həmrəyliyimizin nümayişidir. Bu gün dünyanın bir çox ölkəsində azərbaycanlıların diaspor təşkilatları fəaliyyət göstərir, onların Azərbaycanla əlaqələri daha da möhkəmlənir. Dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən xalqımızın birliyi, həmrəyliyi üçün mühüm işlər görülür.

Bayram şənliklərində peşəkar musiqiçilər musiqi nömrələri təqdim edib və müxtəlif əyləncələr təşkil olunub. Şaxta baba və Qar qız tədbirə özünəməxsus rəng qatıb.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo