Qaradağ müəllimləri Astarada dincəliblər


ATİAHİ Qaradağ rayon komitəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təhsil müəssisələrində bir sıra tədbirlər keçirib, o cümlədən idman və bilik yarışları təşkil edib, Ümummilli Liderin doğum və anım günləri qeyd olunub.

Tədbirlər çərçivəsində baş tutmuş məktəb müəllimləri arasında voleybol yarışının qaliblərinin komitə tərəfindən Astara rayonunda istirahəti də təşkil olunub.

Bölgənin ən rahat və könül oxşayan istirahət mərkəzində dincələn müəllimlər onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər. İştirakçılar üçün süfrələr açılıb, cənub mətbəxinin ləziz təamlarına qonaq ediliblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo