Qaradağ rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrinin rayon komitəsinin xidmətinə qəbulu barədə bir qrup ilk HİK sədrləri ilə görüş keçirilib.
Tədbirdə ATİAHİ Qaradağ rayon komitəsinin sədri çıxış edərək həmkarlar ittifaqlarının mahiyyəti, vəzifələri, funksiyaları, hüquqları haqqında məlumat verib.
Qeyd olunub ki, əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması həmkarlar ittifaqlarının əsas vəzifələrindən hesab olunur.
Bununla yanaşı, ittifaq üzvlərinin, onların ailə üzvlərinin sağlamlığına qayğı göstərilməsi, pensiya təminatının, sanatoriya, kurort müalicəsinin və istirahətlərinin təşkil edilməsi, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, əməyin mühafizəsi, ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən faktorların aradan qaldırılması, üzvlərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə ictimai nəzarətin təşkili istiqamətində işlərin aparılması da həmkarlar ittifaqlarının vəzifələrinə daxildir.
Komitə sədri həmkarlar ittifaqlarına dövlət dəstəyindən də bəhs edib.