Paytaxtın Qaradağ rayonunda Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib


 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar ATİAHİ Qaradağ rayon komitəsinin xidmətində olan 31 təşkilat ətraf mühitin təmizlənməsi sahəsində müəyyən işlər həyata keçirib.
Belə ki, kabinetlərdə, laboratoriyalarda, emalatxanalarda işçilərə və şagirdlərə davranış qaydaları izah edilib, əməyin mühafizəsi üzrə norma və qaydalara riayət olunması, sanitar-gigiyenik tələblərin yerinə yetirilməsi, müəllimlər və şagirdlər arasında zədələnmə və bədbəxt hadisələrin qarşısının alınması barədə öz fikirlərini bildiriblər.
 Bundan əlavə, bütün təhsil müəssisələrində həyətyanı sahələrin təmizlənməsi, ağacların budanması, diblərinin bellənməsi, ağardılması işi həyata keçirilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo